Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rza Zərrab ABŞ-a qəsdən gedib - Həbs olunmaq üçün
Tarix: 11-05-2016 | Saat: 14:50
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Rza Zərrab ABŞ-a qəsdən gedib - Həbs olunmaq üçün

İran Milli Məclisinin Rüşvətxorluğu Araşdırma Komissiyası üzvü Emir Abbas Sultani Nyu Yorkda həbsdə olan Rza Zərrab haqqında səs-küy doğuram açıqlamalar verib.

Hefteaz.tv xəbər verir ki, Sultani Zərrabın daha öncədən hazırlanan bir plana görə, həbs olunacağını bilə-bilə ABŞ-a getdiyini deyib.

“Al Monitor”a açıqlamasında Sultani İranda edam cəzası alan Babək Zəncani ilə Zərrab arasındakı münasibətlərə diqqət çəkib və deyib ki, Zərrab Türkiyədə qalsaydı, iranlı yetkililər tərəfindən saxlanacaqdı:

“Bu səbəbdən də özünü sığortalamaq üçün bilərəkdən Amerikaya getdi”.

Zərrabın Babək Zəncani məhkəməsində də vacib bir fiqur olduğunu deyən Sultaninin sözlərinə görə, iş adamı Amerikaya gəlməklə özünə təhlükəsiz bir sığınacaq axtarıb:

“Vəkillərimiz onun məhkəməsini izləyir. Ankara ilə Tehran arasında münasibətlərin inkişafına görə Türkiyədəki şərtlər, onun üçün yaxşı deyildi. Zərrab iranlı məhkəmə orqanları tərəfindən suçlu elan edilsəydi, Türkiyə ilə İran arasındakı anlaşmaya əsasən, İrana təhvil verilməli idi. Amma İranla ABŞ arasında cinayətkarların öz ölkəsinə ekstradisiyası ilə bağlı razılaşma yoxdur. Bu səbəbədən də Zərrab Amerikaya getməyə qərar verib”.

Sultani eyni zamanda Zərrabla bağlı onu da deyib ki, Zəncani istintaqı ilə bağlı ortaya çıxan rüşvət fırtınasının nə zaman sakitləşəcəyi və Zəncanin taleyinin necə olacağı maraq mövzusudur:

“Əgər Zəncani edam edilsə, Zərrab onun ölümündən sonra bir çox həqiqəti inkar edəcək. Zərrab Zəncaninin sirdaşı olmaqla yanaşı, illərdir sirkətlərinin də rəhbəri idi. İkisi birlikdə 70-dın çox şirkət qurdular və bir çoxu da Zərrab tərəfindən idarə edilirdi”.

Sultaninin sözlərinə görə, Zərrab həbs olunmadan öncə İrana tez-tez gəlirdi:

“Zəncani ilə heç bir əlaqəsi olmadığı mesajını dəfələrlə bizə çatdırdı. Amma çox açıq şəkildə onun Zəncani ilə əlaqələri vardı və onun rəhbərliyində təmsil olunanlardan biri idi”.

Xatırladaq ki, R.Zərrab 19 martda Mayami aeroportundan ABŞ-a girmək istəyərkən, FTB agentləri tərəfindən saxlanılıb və məhkəmədə həbs olunub. İran əsilli iş adamı Zərrab ABŞ-ın mənafelərinə qarşı komplo qurmaq, İrana qarşı tətbiq olunan ABŞ embarqosunu pozmaq, bank saxtakarlığı və çirkli pulların yuyulması cinayətlərinə görə ittiham olunur.


Xəbəri paylaş

6698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___