Ermənilərin Tərtərə atdığı kimyəvi silah partlaya bilər
Tarix: 11-05-2016 | Saat: 14:11
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ermənilərin Tərtər rayonunun cəbhəyanı Əskipara kəndinə atdığı, beynəlxalq konvensiyalarla istifadəsi qadağan olunmuş kimyəvi tərkibli (ağ fosforlu) partlamamış hərbi sursatı zərərsizləşdirməyə hazırlaşır.
Qurum əməkdaşlarının ANS-ə verdikləri məlumata görə, mərminin partlaması nəticəsində kiçik qəlpə belə insan bədənində müxtəlif yaraların əmələ gəlməsinə səbəb ola bilər.
“Xoşbəxtlikdən 122 mm-lik ağ fosforlu top mərmisi yaşayış sahəsinə yox, pambıq sahəsinə düşüb. Hazırda həmin yer lentlə təcrid edilib. Mərminin hava, günəşlə təmasda olduqda belə partlamaq təhlükəsi var. Buna görə də palçıqla örtülüb. Götürülməsi təhlükəli olduğundan yerindəcə zərərsizləşdiriləcək", - bildirilib.
Qeyd edək ki, bu, erməni silahlı bölmələrinin beynəlxalq konvensiyalar tərəfindən qadağan olunmuş sursatlardan istifadəsinə dair ilk fakt deyil. Aprelin 27-də Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına pozub.
Erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub.
Xəbəri paylaş
6338 dəfə oxunub.
Digər xəbərlər

21-09-2015, 15:29
Suriyadan ürəksızladan görüntülər (Fotolar)
27-10-2018, 12:42
İmanı artırmaq üçün nə etmək lazımdır?
4-05-2018, 21:52
Əhalinin banklardakı əmanətləri azalıb
21-06-2017, 19:37
Cəlilabaddakı "İran bazarı" yandı - FOTO
13-06-2017, 19:04
Bu gecə Birinci əhya gecəsidir (Gecə ilə əlaqədar tövsiyələr)
2-04-2016, 13:13
Tutulan İŞİD-çi: “Özümü partlatsaydım, Paris...”
2-10-2016, 13:07
Stalinin qarşısında bığını qırxmayan azərbaycanlı FOTO
19-04-2017, 10:54
Azərbaycanda keçmiş rəis həlak oldu