21 yaşlı gənci qıza görə bıçaqladılar
Tarix: 11-05-2016 | Saat: 14:03
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Gəncədə “kişi söhbəti” 21 yaşlı gəncin qətli ilə nəticələnib. Mayın 9-da Mustacaf Əliyev bıçaq yarası ilə mərkəzi şəhər xəstəxanasına yerləşdirildikdən bir neçə saat sonra dünyasını dəyişib.
Bu barədə Sputnik-ə Gəncə şəhər Baş Polis İdarəsindən bildiriblər.
Fakt üzrə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yerli sakinlər Həsən Qurbanov və Zaur Haqverdiyev saxlanılıb. Saxlanılan şəxslər əməllərini etiraf ediblər.
Qətlin qıza, daha dəqiq Həsən Qurbanovun bacısına görə törədildiyi müəyyən edilib.
Dindirilmə zamanı Qurbanov bildirib ki, bacısı ağır təbiətli və ciddi qızdır, gənc adamlarla təsadüfi tanışlıqlar qurmur. Onun sözlərinə görə, Əliyev onun bacısı ilə tanış olmağa çalışıb və qızın telefon nömrəsinə birmənalı olmayan ismarışlar yollayıb. Gəncin həddən artıq inadlı davranması qızın xoşuna gəlmir və o, bu açıq söhbətin nə ilə nəticələnəcəyi barədə düşünmədən, məsələni qardaşına danışır.
Qurbanov oğlana həddini bildirmək qərarına gəlir, onunla telefonla əlaqə qurararaq görüş təyin edir. Əliyev görüşə tək gəlir, Qurbanov isə özü ilə dostunu götürür.
Gənclər arasında münaqişə Qurbanovun bıçağa əl ataraq bacısına aşiq olan oğlanın qanını tökməsi ilə sona çatır. İndi bu problemin öhdəsindən sərbəst gələ biləcəyi, oğlanı özündən uzaqlaşdırmalı olduğu halda, ehtiyatsızlıq edib bunu qardaşına danışan qıza görə, qardaşı həyatını ən azı on ilini barmaqlıq arxasında keçirməli olacaq.
Xəbəri paylaş
6738 dəfə oxunub.
Digər xəbərlər

14-08-2015, 17:32
Cavid Hüseynov həbsdə qaldı+ Foto
16-07-2019, 09:09
Maliyyə Bazarlarına Nəzarət Palatası “İdrak Texnoloji Transfer ” MMC-ni cərimələyib
25-03-2017, 14:44
"Zara"nın varisi kim olacaq? - FOTO
10-05-2016, 12:06
Rusiya: “OPEK dövrü bitdi”
30-06-2016, 01:23
Türk kinosunun sultanı 71 yaşında - FOTOLAR
28-07-2017, 16:32
Xalq artistinə AĞIR İTKİ
25-01-2023, 11:12
Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək öldürdü
31-01-2016, 11:19
Türkiyə orduya "müharibəyə hazır ol" əmri verdi
17-06-2015, 15:11
Toğrul döyüşür (CANLI)