Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Deyə bilməzlər ki, Xatirə hansısa vəzifəlinin stolunda oturub...”
Tarix: 10-05-2016 | Saat: 20:36
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər

“Deyə bilməzlər ki, Xatirə hansısa vəzifəlinin stolunda oturub...”
“Məclisə imkanlı bir şəxs gəlir, müğənni qabağına qaçır”.

-Elə bil ki, son zamanlar jurnalistlərə müsahibə verməkdən boyun qaçırırsız...

- Jurnalistlərlə pis münasibətim olmayıb. Mən 25 il jurnalist çörəyi yemişəm. Bunu heç bir yerdə deməmişəm. Mənim atam baş redaktordu. Müsahibəmdə, açıqlamamda bu barədə danışmamışam. Bu yaxınlarda Vasif Məhərrəmlinin adı jurnalistlərlə bir qalmaqalda hallanmışdı. İstəməyərəkdən dedim ki, jurnalist yazıb, əcəb edib. Jurnalist nə etməlidi? Olanı yazmalıdılar. Sadəcə olaraq, xəbər saytlarında başlığa başqa şey çıxarırlar, ancaq xəbərin içi isə tamam başqadır. Belə olanda beynimin qurdu oynayır, əsəbiləşirəm. Ona görə də heç kim inciməsin, mən müsahibə vermirəm. 3 ay bundan qabaq yeni açılan bir sayta müsahibə verdim, bir müğənni kimi xeyir-dua elədim.

Sizi isə çox istəyirəm. Ona görə də müsahibə vermək qərarına gəldim. Mən demirəm ki, o qədər vacib bir şəxsəm. Sadəcə olaraq tələbatlı müğənniyəm. 10 nəfər müğənni məclisə gəlirsə, birinci mənlə görüşməlidirlər. Bu şəraiti özümə yaratmışam. Təbiətim elədir. Yaltaq insan deyiləm, kiminsə qabağına qaçmaqdan xoşum gəlmir. Onu da deyim ki, imkanlı insanlarla yola getmirəm. Xasiyyətim elədir ki, daha çox kasıbla dostluq edirəm. Özümdən asılı deyil, belə bir insanam. Məsələn, bizim bəzi müğənnilərimiz var, məclisə imkanlı bir şəxs gələn kimi qabağına qaçır. Belə şeyləri görəndə beynim çönür. Mən heç vaxt gedib görüşmürəm, ancaq o səhnəni görəndən sonra bir həftə özümə gələ bilmirəm. Bəlkə də, bu cür xasiyyətlərimin olduğu üçün hörmət qazanmışam.

Ancaq lazımlı adamların yanında bir kəlmə sözüm, zəngim bəs edir. Özümü gözü və qəlbi tox aparıram. Dünyanın malı dünyada qalır. Kiminsə pulu var, iki gözüm aydın. Mən niyə onun qabağına gedib görüşməliyəm? Mən elin müğənnisiyəm. 35 yaşlı müğənninin kiminsə stoluna yaxınlaşaraq “Xoş gəlmisiz və. s” demək vaxtı deyil. Elə belə şeylərə görə də, başıma bu qədər iş gəlib. Hansısa bir vəzifəli və imkanlı şəxs toya gəlib, onunla salamlaşmadığıma, yanına getmədiyimə görə məni məclisə daha çağırmayıb. Gözəl bir deyim var, Allah hamının işini bizə salsın.

“O söz deyilən günü qulağımın birini kəsərəm”

-İmkanlı şəxslərin xarakteri ilə sizin xarakterinizin üst-üstə gəlməməsinin səbəbi nədir?

- Məsələn, bir məclisdə mahnı oxuyuram, məndən əlavə 5-6 nəfər də müğənni var. Möhtərəm bir qonaq gəlir. Düzü, möhtərəm də demək olmaz. Mən yalnız prezindentimizə o sözü deyə bilərəm. Tam səmimiyyətimlə deyirəm, o şəxsə görə canımı da qurban verərəm. Bu səbəbdən bütün dövlət konsertlərində bir qəpik pul almamışam. Ancaq elə müğənnilər var ki, İcra Hakmiyyətlərindən qonorar alıb oxuyublar. Hər kəsin öz insafı var. Bu ölkənin vətəndaşıyam, vəzifəm də oxumaqdır. Dövlət tədbirlərindən qaçan deyiləm.

Söhbətimizdən yayınmayaq, deməli, həmin tədbirə gələn imkanlı şəxslərin qabağına qaçırlar. Başa düşürəm, salam Allah salamıdır. Mən əzəldən beləyəm. Birdən elə bilərlər ki, mən məşhurluqdan sonra belə olmuşam. Azərbaycanda heç kim deyə bilməz ki, kiminsə stolunda oturmuşam. O söz deyilən günü qulağımın birini kəsərəm. Hərənin bir cür xarakteri var. Gedib oturanlara da bir söz deyə bilmərəm, öz işləridir.

İndi hər şey tamam dəyişib. 16-17 ildir ki, səhnədəyəm. İçi mən qarışıq bir-iki nəfər açıq paltar geyinirdi. Və yaxud da bir səhv buraxıb nəsə deyirdik. Millət yığışardı, karifeylərdən münasibət alardılar. Sual verərdilər ki, filankəsin döşünün arası görsənir, buna münasibətiniz necədir? O da deyirdi ki, onları ölkədən çıxarmaq lazımdır. Bunlara bir misal çəkdim. Bizim vaxtlarda kanala giriş, efirə çıxış çətin idi.

Min mahnıdan birini seçirdirlər. İndi isə müğənni olmaq çox asandı, hamısı instaqramla məşhurlaşıblar. Nə var müğənni olmağa? Özüm dörd il İslam Rzayevin evinə ayaq döymüşəm, AMİU-ya canım çıxa-çıxa imtahan vermişəm. İndi instaqramda 3-4 selfi edir, baxıb görürəm ki, mən bu qızı 6-7 ay əvvəl birinci dəfə görmüşdüm. İndi isə hər şeyini bilirəm. Əri budu, uşaqları burada oxuyur və.s Kaş elə indi oxumağa çıxardım (gülür). “Rasxodsuz”.



-İnstaqramda cəbhə bölgəsində hazırda vuruşan əsgərlərin toyunda pulsuz oxuyacağınızı yazmışdız...

-Bəli, yazmışam, Allaha and olsun ki, yazdığımın arxasında da dayanıram. Hələ toyuna çağıran olmayıb, indi vuruşurlar. Daha mənə 5 il qabaq vuruşan əsgərlər toyuna çağırmasın (gülür). Mən indi vuruşan hərbçiləri nəzərdə tuturam. 3 mahnı oxumaqla, mənə nə olacaq? Heç bir problem yoxdur. Hələ sizə bir söz deyim. Elə şəxslərin toyu olur ki, müğənnilər deyir məni də o məclisə salın. Sonra öyrənirəm ki, toyda iştirak üçün pul da istəmir. Mən də deyirəm ki, bu niyə toya getmək istəyir? Mənə cavab verir ki, bilirsən o kimdi? Ay qardaş, mən neyniyim? Pulunu həmin şəxs mənə verəcək? Belə şeylərdənsə, gedib əsgərlərin toyunda oxumaq lazımdır.

“Getdiyimi gör, qeyrətin olsun, sən də get”

- Cəbhə ilə bağlı xeyli fotolar paylaşdız. İnstaqramda isə bir çox sənətçilər bu paylaşımlara görə tənqid olundular...

-Bəzi insanlar, bizim elə doğma ANS kanalı həmin bölgələrə gedən müğənniləri tənqid elədi. Onlar sırasında mən də var idim. Düzdü, orada çaşıb Talış zirvəsi əvəzinə, Talış kəndi demişəm. Müğənni insanam, səhv edə bilərəm. Siyasətçi deyiləm ki? Amma bir şey də var. Talış zirvəsinə hər adamı buraxırlar? Mənim getdiyim yerə heç kəsi buraxmamışdılar. Bəlkə də, bu dediklərimə görə, hanısa müğənni məndən inciyə bilər. Onlar da əziyyət çəkiblər, gedib cəbhə bölgələrində konsert veriblər.

Allah haqqı, indi hər kişinin hünəri deyil. Hələ sənət yoldaşlarımın getməyindən danışıram. Talış zirvəsinə məndən əvvəl və sonra heç bir müğənni getməyib. Elə şeylər var ki, danışmaq olmaz. Mən ANS kanalını sevirəm, ilk dəfə o kanalda efirə çıxmışam. Məni söysə belə cavab qaytarmaram. Amma gərək qiymətləndirərdilər. Ən azından onlar bilirdilər ki, mən hara getmişəm. Yəni, əsgərlərdə ruh yüksəkliyini artırmağın nəyi pisdi?

Siz fikir verin, aprelin 2-dən 3-nə keçən gecə atışma oldu. İnsanlarda çox ruh yüksəkliyi oldu. Bütün Azərbaycan xalıq ayağa qalxdı, döyüşə getmək istədiklərini söylədilər. Ancaq indi hamı sakitləşib. Bu ruh yüksəkliyini qorumaq lazım idi. İnstaqramda həmin bölgələrdən foto paylaşdığıma görə çox tənqid olundum. Bu yazılar hərdən məni küsdürür. Özüm özümə deyirəm ki, ora getdiyimə Dubaya gedərdim. Lazımdır mənə? Mən açıq danışmağı xoşlayıram. Cəbhə bölgəsinə getmişəm, siz də alqışlayın. Nə olar ki? Mən də fərəhlənim, ruhlanım. Sizə bir misal çəkim. Bu gün Azərbaycan əsgərinin hər şeyi var. Yeməyi, içməyi, geyimi və.s Amma tutaq ki, onların yanına gedəndə bir konfet aparısan. Sovqatdı da... Onlar da sevinir. Bu yazanlar məni ruhlandırsın, 5 qatını edim.

Yazırlar ki, getdiyini deməzlər. Mən getdiyimi deməsəm sən hardan biləcəksən? Ay bədbaxt, bəs ruh yüksəkliyi necə oyanacaq? Getdiyimi gör, qeyrətin olsun, sən də get. Doğrudan deyirəm. Bəziləri o qədər tənqid etdi ki... Mən ora gedəndə dedilər ki, xahiş edirik, xanıma deyin ki, saçını papağın içinə yığsın. Onlar birdən elə bilərlər ki, xaricdən snayperçi gətirmişik, vura bilərlər. Mən belə riskin qabağında ora getmişəm. İnsanlar məni bu cür qiymətləndirməklərinə sözüm yoxdur. Onları öpürəm, bağrıma basıram və “fəxr” edirəm. Başqa onlara nə deyə bilərəm? Allah mənim necə bir insan olduğumu bilir. 3 yaşlı övladımı evdə qoyub getmişəm... Nə deyim Vallah...



“Oraları görmədiyinə görə, “şampunçik”sən”

-Müdafiə Nazirliyi daha sonra belə fotoların paylaşılmasına reaksiya verdi və fotoların yığışdırılmasını tələb etdi. Hər hansı bir xəbərdarlıq aldız?

- Heç bir xəbərdarlıq almamışam. Xüsusi bir xəbərdarlıq olunsaydı, instaqramdakı şəkillərimi silərdim. Heç bir şeyi silməmişəm. Müdafiə Nazirliyi belə xəbərdarlıq etməyə məcbur oldu. Söz-söhbətlər artmağa başlamışdı. Ölkənin başı vuruşmağa qarışmışdı. İnstaqramda şəkil paylaşmaq, “kim hara getdi?” kimi söhbətlər etməyin yeri deyildi. Ona görə dedilər ki, ay camaat, bu məsələləri saxlayın. Neyləsinlər? Müdafiə Nazirliyi iş-gücünü atıb müğənnilərlə məşğul olsun? Bu söhbətlər lazım deyildi, belə şeyləri şişirtməyərdik.

Yox, mən heç başa düşə bilmirəm. Bir məkanda qəlyan çəkən oğlan məni instaqramda tənqid edir. Qəlyanxanadan mənə yazır ki, getmisən getmisən da... Nə reklam edirsən? Ay biqeyrət, reklam etmişəm ki, sən də gələsən. Sən də gəl də... Sən o bölgədə olanları görsəydin dəyişərdin, başqa oğlan olardın. Oraları görmədiyinə görə, “şampunçik”sən. Mən “adam elədiyini deməz” cümləsini qəbul etmirəm. Mən elədiyimi deyirəm. Deyirəm ki, sən də eliyəsən. Ya da sən elədiklərini mənə de, bəlkə, mən də bir şey etdim. Biz ancaq bir-birimizi qıraq, gözəl müzakirə aparaq. Nə etsək də altından nəsə pis bir şey çıxarmağa çalışacaqlar.

Deməli, sizə bir şey də danışım. Köməkçim maşın sürür, biz də yol gedirik. Yolla getdiyim yerdə bir hərbi maşın gördüm, içərisində xeyli əsgər var idi. Köməkçim siqaret yandırdı, Azik (köməkçi) sual verdi ki, istəyirsiz? Əsgərlər başlarını aşağı sallayaraq “hə” dedilər. Tez ona 100 manat verdim ki, get siqaret al. Təsəvvür edin ki, siqareti aldıq, əsgərlərin olduğu maşının arxasınca düşdük. Onları itirdik, amma axırda tapıb verdik. Biri bununla bağlı paylaşımın altına yazıb ki, sənin adına-sanına bu ucuz siqaret yaraşar? Gör eeee, Tərtərin düzündə siqaret tapmışam. Yekə kişisiz, bu nə söhbətlərdi? Mən siqaret çəkən deyiləm, mən nə bilim bahalı və ya ucuz siqaret hansıdır. Hərdən çox əsəbiləşirəm, deyirəm ki, instaqramı bağlayacam. Sonra da söyləyirəm ki, bağlamayacam. Yaxşısı odur ki, şərhləri oxumayım. Məlumatını paylaş, oxuma... Qoy söysünlər...

Hələ cəbhə bölgəsində əsgərlərlə şəkil çəkdirmişdim. Sadəcə olaraq paylaşanda onların üzünün görünməyini istəmirdim. Onlar dedilər ki, xahiş edirik, şəkillərimizi paylaşın. Gəlib evdə fikirləşdim, yuxarı baxıram bığ, aşağı baxıram saqqaldır. Mən orda əsgərlərə dedim ki, sizi paylaşaram, amma başınıza şir-pələng başı qoyacam (gülür). Əsgər qayıdıb dedi ki, başıma şir-pələng başı qoyma, elə özümü paylaş. Həmin oğlanla şəklimi paylaşdım. Biri şərh yazdı ki, o gün olsun ki, sənin oğlun da ölsün. Sən qatilsən, əsgərin üzünü göstərirsən. Əsəbiləşdim, bu biqeyrət insan mənim necə qadın olduğumu hardan bilir? Əsgərin özü xahiş etdi, paylaşdı. Ancaq daha sonra həmin şəkli sildim. Sildiyimə görə, çox peşmanam. Həmin adam yazdı ki, gördün? Mən yazdığıma görə, fotonu sildin. İnsan heç vaxt övlada qarğış etməz. Bunu yazana mən nə deyim?

-Eyni zamanda həyat yoldaşınız hərbçidir. Cəbhə bölgələrinə gedərkən onunla məsləhətləşdiz?

-Həm həmin ərazilərə gedərkən mütləq onunla məsləhətləşdim. Cəbhə bölgəsində onlar həyat yoldaşımı tanıdılar. Dedilər ki, biz Fəxrəddin müəllimlə neçə il çiyin-çiyinə işləmişik. Belə şeylər mənə ləzzət elədi. Bir şeyə əminəm ki, yoldaşım saf və təmiz adamdı. Yəni ki, bu barədə rahatam. O, çox sakit və savadlıdır. İki ali təhsili olan, 5 dil bilən insandan başqa nə gözləyəsən? Bu insan ancaq elmlə məşğuldur. Cəbhədə həyat yoldaşımı tanımaları, salam göndərmələri çox xoşuma gəldi.

“Allaha and olsun ki, telefonumun koduna kimi yoldaşım bilir”

-Şou-biznesin ən maraqlı cütlüklərindən birisiz... Həmişə də diqqət mərkəzindəsiz...

-Həqqi deyirsən? 6-7 ay əvvəl həyat yoldaşıma bir zarafat etdim. Dedim ki, Ay Fəxrəddin, görürəm instaqramda layklarım azalır. Gəl ora yazım ki, biz boşanmışıq. Qoy xeyli layk toplayım, sonra yazım ki, zarafat edirdim (gülür). O da üzümə baxır, heç nə deməyib güldü. Bizim ailədə yalan danışmaq kimi bir şey yoxdur. Mənim oğlan kimi xasiyyətim var. Bütün günü iş başındayam. Bekar və avara adam deyiləm. Mənim telefonum sutkalarla həyat yoldaşımın yanında olur. Müğənni qadınam, fanatlarım var. Hər hansı bir zəng də gələ bilər. Allaha and olsun ki, telefonumun koduna kimi yoldaşım bilir.

Mənim gizli heç bir şeyim yoxdur. Həyat yoldaşımın gözəl biri sözü var. Deyir ki, o zaman arvad ərini aldadır ki, orada qorxu var. Təzyiq nə qədər olsa, o qədər də yalan olacaq. Mən ürəyim istəyən yerə gedirəm. Bu dəqiqə bu müsahibədən durub diskotekaya gedə bilərik. Yoldaşım da zəng edəndə deyəcəm ki, ay Fəxrəddin, müsahibə verirdim, yığışıb diskotekaya gəldik, istəyirsənsə, sən də gəl. Yəni, mən heç vaxt yalan danışmıram. İnsan bir dəfə yalan danışanda ardı gəlir, yenə yalan danışır. Ən gözəli düz danışmaqdı.



-Sizcə, şou-biznesdə olan cütlüklərin ailələri niyə tez dağılır? Sizin fikrinizcə, bunun səbəbi yalandır?

- Ailə məsələsi qəlizdir. Ayrılmaları barədə heç bir şey deyə bilmərəm. Çünki Allah adamın başına elə bir oyun gətirər ki, evə çatanda yoldaşım boşanmaq istədiyini söyləyər. Mən ailə məsələlərinə qarışmıram. Bir müğənni var, adını çəkmək istəmirəm, onu çox istəyirəm. Deyirlər ki, belə olmalı idi, boşanacaqdı da və.s Amma mən içimdə bilirdim ki, o qızın günahı yox idi. Səhv onun ərində idi. Heç kəsə sübut edə bilmirdim, qarnımı cırırdım. Ancaq mənə inanmırdılar. Deyirdilər ki, özün kimi hər şeyi ölçmə.Yəni, onu demək istəyirəm ki, ailə bağlı qazandı. O qazanı açmayana kimi içində nə baş verdiyini bilməzsən, mümkün deyil.

-Ana olmaq barədə hələ düşünmürsüz?

- (Gülür) Üzr istəyirəm. Sən bilirsən ki, mən 9 ay hamilə olanda efirə çıxmadım. Bir dəfə də zorla məni çəkmişdilər. Orada nə gündə olduğumu da görmüşdüz (gülür). Mən belə şeylərdən uzağam. O mövzularda danışmağı xoşlamıram.

“Röya dedi ki, mahnı məni dəli edir, az qala başıma hava gələ...”

-Mənə görə, “Sənsizləmişəm” mahnısı sizin yaradıcılığınızda xüsusi bir yer tutur və pik nöqtədir. İndi niyə belə tutarlı mahnılarınız yoxdur?

- “Sənsizləmişəm” mahnısı partlatdı, nə yalan deyim. Bu mahnı çıxanda Röya mənə zəng vurdu. Hönkürə-hönkürə ağlayırdı. Dedim ki, nə olub? Gördüm dayanmadan ağlayır. Mənə cavab verdi ki, sən bu mahnını nətəri oxumusan? Mahnı məni dəli edir, az qala başıma hava gələ... Mən də dedim ki, camaat sənin mahnılarına ağlayır, sənə nə olub?

Daha sonra Röya “Səninəm” mahnısını oxudu. Bu dəfə mən ağlaya-ağlaya ona zəng vurdum (gülür) .

İnanın o vaxtlar hələ mahnını yaxşı oxumamışdım. İndi yeni aranjimanda ifa etmişəm, ürəyimcə də oldu. İndi yaxşı mahnılar yazmırlar, ürəyimə yatan musiqilər yoxdu.

-“Sənsizləmişəm”i iki dəfə ifa etdiz. Nəsə fərq hiss elədiz?

-Oxunuşda çox fərq hiss elədim. Deməli, mən bunu başa düşdüm ki, birinci oxuyanda hissim filan olmayıb. İndi yaxşı oxumuşam, əvvəl adi mahnı kimi oxumuşam, studiada planı doldurub çıxmışam. Düzdü, o mahnı kimi tutan mahnı yoxdu. Elə bil indi daha kübar oxumuşam, yaş da öz sözünü deyib.

“Bəstəkarlar elə bil ki, mahnıları yazıb qutarıblar. Ardı yoxdu...”

-Sizcə günahkar kimdi? Müğənni, ya bəstəkar? Bəstəkarlar iddia edir ki, müğənnilər yaxşı mahnı üçün pul xərcləmək istəmirlər.

-Hansı bəstəkar deyib? Onu bura çağırın, yazdığı mahnını “Sənsizləmişəm” kimi partladacağına “atveçat”dı? Əgər elə olacaqsa, pulu verəcəm. Niyə bəstəkarlar müğənninin üstünə atır? Müğənni həmin müğənnidi, səsi də eynidi. İndi müğənninin buynuzu çıxıb? Bəstəkarlar elə bil ki, mahnıları yazıb qutarıblar. Ardı yoxdu... Hərdən türklərə paxıllığım tutur. Bizim bu cür geniş musiqi mədəniyyətimiz var, ancaq bir şey ortaya çıxmır. Türklərin mahnıya yazdığı sözlərə baxın- “Söylə ona Sebastian, kalbimi qırdırmasın...” Mahnının içində hər şeyi dedi. Söylədi ki, ay Sebastian, ona denən ki, qəlbimi qırdırmasın, başıma daşla vurmasın. Sebastian sözünü dedi qurtardı. Amma bizdə isə fərqlidi. Burdan başlayır, sözü hələ də qurtamır. Yaxşı mahnı yazın, xahiş edirəm.

“İstəsəm 10 nəfər köməkçiylə gəzərəm”

-Bayaqda diqqət edirəm, işlə bağlı gələn zənglərə siz cavab verirsiz. Prodüser və ya köməkçiniz yoxdu?

- Mənim iki prodüserim var. Sadəcə olaraq, birinin əmisi oğlunun toyudu, digəri isə bayaqdan zəng vurur ki, hardasan. Mən bayaq elə bir yerdə idim ki, orada prodüserin yeri yox idi. Bir tədbir var idi, onu danışmalıydıq. Mən istəsəm 10 nəfər köməkçiylə gəzərəm, ancaq buna ehtiyac yoxdu. Düzü, iki prodüser də hələ çoxdur. Çox istədiyim insanların yanında çox genəlməyi sevmirəm. Adi dostlarım mənə deyir ki, ay Xatirə, bu həyatda belə yaşa. Sən harasa getməmişdən qabaq, köməkçin getməli, baxmalıdır.

Mənə sual verir ki, niyə belə yaşamırsan? Mən də cavab verirəm ki, mənim səbrim yoxdu, prodüser ordan fırlanıb gələnə kimi mən burdan işimi həll edirəm. Həyatda sərbəst olmaq istəyirəm. Hər şeydə özüm qərar verirəm. Məsləhət alaram, danışdıraram, daha sonra son qərar verirəm.

-İddialı, hökmlü və sözünüzü deməyi bacaran bir xanımsız. Ancaq şou-biznesdə qruplaşmalar çoxdur, sizi isə bu qruplaşmalarda görmürük.

-Mən İlhamə Quliyeva, Flora Kərimova, Məleykə Əsədova və Nazpəri Dostaliyevanı bir stolda, məslicdə otuzduran adamam. Hansı qruplaşma? Elə bir müğənni tanıyırsız ki, bu şəxsləri bir araya gətirsin? Ad günümə onları çağırdım, qayıdıb birin mənə sual vermədi ki, kimlər olacaq? Onlar bilirlər ki, məndə yalan, ürəyimdə kin yoxdu. Elə bir insanam ki, mənə pislik edənlər öz cəzasını tapırlar. Onlar bilirlər ki, mən onları “kitayski” sevmirəm. Həmin tanınmışlara qarşı hörmətim var, elə-belə adamlar deyil. Mən xoşum gəlməyən insanlarla danışmıram, görüşmürəm. Yəni, demək istəyirəm ki, heç bir qruplaşmada yoxam.

İlhamə xanıma Allah rəhmət eləsin. Ayıb olsun bizə ki, indiyənə kimi yığılıb onun qəbrini ziyarət etməmişik. Biz necə müğənniyik? Sənət yoldaşımız, böyüyümüz olub. Nə var idisə, dilində olub. Acılayardı, qışqırardı. Amma ürəyi çox yumşaq idi. Torpağın üzü soyuqdu. Bu gün başına fırlanan insanlar var. Deyirlər ki, sən olmasan ölərəm. Bunların hamısı boş şeydi. 7 gündən sonra söhbət bağlanır. Həyatın qanunu budur. Biz bir az etibarsız. Nadiri, Kərimi İlhamə xanımın qəbri üstündə gördüm, ürəyim doldu. İnstaqramda yazdım ki, sizə halal olsun.



-Müğənnilikdən əlavə bizneslə də məşğulsuz. Eyni zamanda xına mərasimləri təşkil edirsiz... Sizə çətinlik törətmir?

-Çox çətindir. Övladım var, çatdıra bilmirəm. İki köməkçim var, biri Qönçə, digəri isə Azərdir. Xına mərasimlərimdə mənə Qönçə kömək edir. Toy işlərində isə Azər mənə köməklik edir. Onlar olmasa, mən bataram. Bir məsələ də var ki, xına mərasimini mən bəzəyirəm. Əslində getməməliyəm. İşçilərim var, onlara qonorar verirəm. Mənim işim girib oxumaqdı. Ancaq işləri özüm görürəm. Elə bil xəstəlikdir. Özümdən asılı deyiləm. Zəhmətkeşəm, çörəyimə təpik atmaram.

Mən özüm işimi görürəm deyə güləcəklər? İndi elə müğənnilər var ki, efirə dünən çıxıb, cırıla-cırıla gəzir. Təsəvvür elə ki, elə bil yeri-göyü bu yaradıb. İki köməkçisi, yanında mühafizəçiləri... Bunların ayrı işi-gücü yoxdu? Siz Allah, bəsdirin. Düzdü, təqdimat yaxşı şeydi. Bəzi müğənnilər var ki, sənəti yoxdu, heç kimdir. Camaata yaxşı təqdim olunub,millət də elə bilir yaxşıdır.

“Sənin arvadının olmadığı toyda mənim nə işim var...”

- Müğənnilərin əksəriyyəti imkanlı görünmək istəyirlər. Kirayəyə bahalı maşın, mühafizəçilər götürürlər...

- Həmin müğənnilərin maşınları yoxdu? Mən dünyasında pul verib belə şeylər etmərəm. Elə müğənnilər var ki, efirə çıxanda köməkçiləri qabaqcadan füşənglər gətirir, gül-çiçək düzdürürlər. Elə bil bunları müğənnilər üçün ediblər. Müğənni oxuyan kimi fişənglər atılır. Bu nə deməkdi? O pulları aparıb Xanım Qafarovanın qızına verərəm. Fişəng filan nədi? Mən niyə fişəng yandırmalıyam?

Sizə heç yerdə danışmadığım bir hadisəni söyləyim. Üzr istəyirəm, 33 yaşımda ailə qurmuşam. Ərköyün biri olmuşam, nənəm-babam məni saxlayıb. Mənim övladım dünyaya gələndə hamı sevindi. Bacım dedim ki, səni götürməyə gələn maşını bəzədək, şar və “kukla” vuraq. Dedim ki, gəlib o “kukla” ilə şarı qırıq-qırıq edərəm. Ayıbdı, belə şeylərə ehtiyac yoxdur. Cavanşir Məmmədovun xətrini çox istəyirəm, qalmaqal etməyin, o müğənniyə hörmət edirəm. Doğum evimin qabağında şarlar asıldığını, qırmızı xalça sərildiyini gördüm. Fişənglərdə öz yerində... Bacım Günelə mesaj atdim, dedim ki, bunları sən hazırlamısan? Dedi ki, mən etməmişəm.

Bir də gördüm ki, Cavanşir Məmmədov əlində mikrofon maşından düşdü. Şok yaşadım, mənlə eyni vaxtı ana olan qadın klinikadan çıxırdı. Cavanşir Məmmədov mahnı oxumağa başladı, qadın xəstəxanadan çıxdı. İnanın ki, işçilərin getdiyi arxa qapıdan bayıra çıxdım, “badımcan” taksininə minib evə getdim. Xəstəxanadan adam mahnıyla çıxar? Mahnı demişkən, sizə bir şey danışım. Mən dünyasında kişi məclislərində mahnı oxumamışam. Başqa müğənnilərimiz iştirak edir, onlara sözüm yoxdur.

Birinci mənim toy sahiblərinə sualım elə bu barədə olur- qadın və kişi eyni yerdə olacaq? Elə adam var ki, ancaq kişilərdən ibarət toy edir. Hələ bir dəfə demişdilər ki, 10 qat artıq pul verirəm, gəlin kişi toyunda oxuyun. Mən razılaşmadım. Sənin arvadının olmadığı toyda mənim nə işim var... Sən ananı o toyda oturmağa rəva bilmirsən. Mən ondan əksiyəm?


Xəbəri paylaş

7648 dəfə oxunub.

Digər xəbərlər
23-05-2016, 15:24 Qanlı gecə

bütün xəbərlər
____ Instagram ___