Türkiyədə "Rəsul Rza" gəmisi suya buraxıldı
Tarix: 10-05-2016 | Saat: 15:19
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Bu gün Türkiyədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) aldığı “Rəsul Rza” quru yük gəmisində Azərbaycanın dövlət bayrağının qaldırılması mərasimi keçirilib. Mərasimdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin başçılığı ilə nümayəndə heyəti və qonaqlar iştirak ediblər.
AXDG-dən Report-a daxil olan xəbərə görə, tədbir Türkiyənin Yalova bölgəsindəki “Tersan” tərsanəsində keçirilib. R.Vəliyev AXDG-nin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması ilə yanaşı, Xəzərdənkənar fəaliyyətinin bərpası, donanmanın yenilənməsi kimi strateji hədəflərin daim diqqət mərkəzində olduğunu, bu istiqamətdə mütəmadi iş aparıldığını vurğulayıb. O bildirib ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin xarici sularda fəaliyyəti 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub, 2015-ci ildə nəqliyyat donanmasının 3 gəmisi - “Qaradağ”, “Teymur Əhmədov” və “Maestro Niyazi” gəmiləri Qara dəniz - Aralıq dənizi hövzəsinə göndərilib, ötən ayda isə bu hövzədə istismar edilmək üçün 6 quru yük gəmisi alınıb: "Onlara böyük yazarların və qəhrəmanların adları verilib: “Rəsul Rza”, “Şair Vaqif”, “Şair Sabir”, “Hüseyn Cavid”, “General Aslanov” və “Qafur Məmmədov”. Bununla da Xəzərdənkənar hövzələrdə işləyən gəmilərin sayı 11-ə çatacaq".
Qeyd edək ki, yeni alınan gəmilər Rusiyada inşa edilib, “Natəvan” və “Üzeyir Hacıbəyli” gəmiləri ilə eyni layihədəndir. Dedveyti 5 490 ton, uzunluğu 108,3 metr, eni 16,5 metr, suya oturumu 4,8 metr olan gəmilər Qara dəniz, Aralıq dənizi və digər hövzələrdə yükdaşıma əməliyyatlarına cəlb ediləcək.
Xəbəri paylaş
6308 dəfə oxunub.
Digər xəbərlər

15-05-2015, 15:43
“AMAY” ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
23-02-2022, 21:48
Müdafiə nazirliyinin daha bir sabiq idarə rəisi HƏBS OLUNDU
25-01-2017, 16:37
SOS: “Öpüşməklə hepatitə yoluxa bilərsiz” – HƏKİM DANIŞIR
7-11-2017, 17:38
Üzüyü hansı barmağınıza taxırsınız? – XASİYYƏTİNİZDƏN XƏBƏR VERİR
23-03-2023, 13:38
Xərçəngin bütün növlərindən qoruyur – ÖLÜMSÜZLÜK MEYVƏSİ
11-07-2018, 19:30
İsrail “Patriot”ları işə saldı: Suriyadan hücum
25-09-2016, 23:48
Qayınata kürəkənini bıçaqladı - Tovuzda
7-04-2017, 15:43
Kərimlə Mətanətin şıdırğı rəqsi (VİDEO)
27-03-2017, 14:34
Bakıda taksi sürücüsünü kəndirlədilər - Bıçaqlanan var