Nazirlik Nəcməddin Sadıkovla bağlı yayılan məlumatlara münasibət bildirdi
Tarix: 10-05-2016 | Saat: 12:55
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun tutduğu vəzifədən azad edilməsi barədə yayılan məlumatlara münasibət bildirib
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, bəzi üzdəniraq saytlarda orduya qara yaxmaq, böhtan xarakterli və düşmən dəyirmanına su tökmək məqsədi daşıyan yazılar dərc olunub:
“Ordumuzun düşmənə qarşı həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları, torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyəti Azərbaycan Prezi¬den¬ti¬, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qiymətləndirilib. Bu yüksək qiymətdə hər kəsin, zabitlərin, gizirlərin, müddətdən artıq xidmət edənlərin və əsgərlərin, bir sözlə Ordumuzun hər bir üzvünün payı var. Mətbuatda bu cür yazılar yaymaqla ermənipərəst qüvvələr özlərinin iç üzünü açıb göstərirlər. Onlardan fərqli olaraq, Silahlı Qüvvələrimizin rəhbərliyi və şəxsi heyəti gecə-gündüz ancaq bir məqsəd - torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində çalışır. Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji ruhu yüksəkdir. Düşmən dəyirmanına su tökməklə məşğul olanlar heç vaxt öz çirkin niyyətlərinə çata bilməyəcəklər. Ordumuz hər an xalqımızın tələbi və Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad etməyə hazırdır və qadirdir”.
Qeyd edək ki, Azərbaycanda bəzi saytlar N. Sadıkovun müharibə dövründə taktiki səhvlərə yol verdiyi üçün tutduğu vəzifədən azad edilməsi barədə məlumat yayıb.(virtualaz.org)
Xəbəri paylaş
5578 dəfə oxunub.
Digər xəbərlər

3-12-2018, 11:22
Bakıda həkim barəsində cinayət işi başlanılıb
9-06-2015, 22:54
Xoşqədəm canlı yayımda əsəbiləşdi: Mən də türklə ailəliyəm (VİDEO)
2-03-2022, 10:08
Gəncədə evdə yanğın, yaşlı kişi yanaraq öldü
14-12-2018, 10:38
Azərbaycanlı məşhurun oğlu qətlə yetirilən atasının səccadəsində namaz qıldı - FOTO
2-04-2022, 11:27
Azərbaycanda Ramazan ayı başlayıb
11-05-2016, 16:34
Erməni vəhşiliyi ATƏT nümayəndələrinə göstərildi
8-03-2016, 23:22
İmişlidə ana doğuşdan sonra öldü
16-01-2017, 21:34
Ərdoğanın 14 illik arzusu reallaşdı
20-11-2015, 16:20
“Qalatasaray”ın Bakıdakı mağazası bağlandı – FOTO