Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xərçəngdən dünyasını dəyişən aktrisamızın doğum günüdür
Tarix: 09-05-2016 | Saat: 17:59
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya / Təbriklər | çapa göndər

Xərçəngdən dünyasını dəyişən aktrisamızın doğum günüdür
Bu gün əməkdar artist, mərhum aktrisa Xanım Qafarovanın doğum günüdür.

"Xəbəraz.az " xəbər verir ki, Xanım Qafarova 1967-ci ildə anadan olub. Bir müddət xalq artisti Lütfi Məmmədbəyovun xalq teatrında çalışıb. 1987-ci ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsinə daxil olub. Hələ ikinci kursda oxuyarkən “Tənqid-Təbliğ” teatrında işləməyə başlayıb. Bu teatr Xanım Qafarovanın yaradıcılıq həyatında xüsusilə böyük əhəmiyyət kəsb edib, ona sənətin sirrlərini daha dərindən öyrədərək, gənc aktrisanı mürəkkəb xarakterli obrazların yaradıcısı kimi püxtələşdirib.

1996-cı ildə Xanım Qafarova Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alıb. Geniş yaradıcılıq imkanları, məhsuldar işgüzarlıq mühiti olan bu sənət ocağında istedadlı aktrisa “O olmasın bu olsun”da Gülnaz, “On min dollarlıq keyf”də Bağdagül, “Nəğməli könül”də Könül, “Hərənin öz ulduzu”nda Məleykə, “Səhnədə məhəbbət”də Röya, “Bankir adaxlı”da Məleykə, “Məhəbbət oyunun”da Qəmər rolu ilə özünə minlərlə pərəstişkar qazanıb.

Aktrisa 2014-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişib.


Xəbəri paylaş

6888 dəfə oxunub.

Digər xəbərlər
28-04-2016, 12:50 Bakıda binada yanğın

bütün xəbərlər
____ Instagram ___