Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şuşanın işğal səbəbləri - Video
Tarix: 09-05-2016 | Saat: 15:21
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

Şuşanın işğal səbəbləri - Video
Ana səhifə 12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az ANS-in Qızıl Fondunun 1992-ci ildə Şuşanın işğalından sonrakı vəziyyət və şəhərin işğal olunma səbəblərindən bəhs edən videomaterialını təqdim edir. Reportaj Vahid Mustafayev tərəfindən hazırlanıb.

Reportyor Şuşanın işğal edilməsi ilə nəticələnən ağır döyüşlərdən sonra yorğun və üzgün olan polkovnik-leytenant Cahangir Cahangirovdan Şuşanın işğalı haqqında fikirlərini soruşub.

Polkovnik-leytenant ermənilərin ağır artilleriyalardan istifadə ilə BMP və çoxlu sayda tanklarla hücuma keçdiklərini, 3 saat ərzində Kosalar kəndindən başlayaraq şəhərin güclü atəşə tutulduğunu bildirir.

“Şuşanın alınmasının birinci səbəbini mən onda görürəm ki, ya düşmən kəşfiyyatı, ya da daxildə olan bir neçə düşmən qrupları şəhərdə insanları təşvişə salmağa başlamışdılar. Camaatı qorxudaraq yoldan çıxarmağa çalışırdılar. Şəhərin çox güclü bombardman olunmasına və çoxlu sayda evin yandırılmasına baxmayaraq, Şuşanı qoruyub saxlamaq və burada möhkəmlənmək olardı. Lakin əhalidə olan inamsızlıq və təşviş buna imkan vermədi. Biz şəhəri saxlamağa zəmanət vermişdik”, - deyə polkovnik-leytenant təəssüf hissi ilə öz təəssüratlarını bölüşüb.

Şuşa 1992-ci il may ayının 8-də ermənilər tərəfindən işğal edilib.



Xəbəri paylaş

6528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___