Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəhidimiz dəfn olundu - Foto
Tarix: 09-05-2016 | Saat: 14:13
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Şəhidimiz dəfn olundu - Foto
Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu, kapitan Nəcməddin Savalanov bu gün İmişli rayonunda torpağa tapşırılıb.

Report xəbər verir ki, şəhid zabitimizin doğulduğu Göbəktala kəndində dəfn mərasimi keçirilib.

Mərasimdə rayon icra hakimiyyətinin rəsmiləri, müxtəlif idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhidin zabit və əsgər yoldaşları, doğmaları ilə yanaşı rayon ictimaiyyəti də iştirak ediblər.

Şəhid zabitimizin ruhuna dualar oxunub. Sonra şəhid zabit əsgərlərin yaylım atəşləri altında doğulduğu Göbəktala kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid zabitimizin iki övladı yadigar qalıb.

Qeyd edək ki, Nəcməddin Akif oğlu Savalanov bu il aprelin 4-də Tərtər istiqamətində işğalçı ermənilərə qarşı döyüş əməliyyatları zamanı ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq 31 yaşlı kapitan mayın 8-də Silahlı Qüvvələrin Baş Hərbi Hospitalında dünyasını dəyişib.

Allah rəhmət eləsin!


Xəbəri paylaş

6548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___