Putin İlham Əliyevə məktub göndərdi
Tarix: 09-05-2016 | Saat: 13:09
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
"Xəbəraz.az "məktubun mətnini təqdim edir:
"Sizi Böyük Vətən müharibəsində Qələbənin 71-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm.
9 may Rusiyanın və Azərbaycanın ümumi tarixində şanlı gündür. Bu tarix Qələbə naminə döyüş meydanlarında faşizmə qarşı çiyin-çiyinə vuruşmuş və arxa cəbhədə fədakarcasına çalışmış xalqlarımızın birliyinin və misilsiz qəhrəmanlığının əbədi rəmzi olaraq qalacaq. İndiki nəsillərin borcu bu dəhşətli müharibədə həlak olanların parlaq xatirəsini qayğı ilə qoruyub saxlamaq və keçmişin faciəli hadisələrinin təkrarlanmasına yol verməməkdir.
Əminəm ki, zamanın sınağından çıxan dostluq bağları bundan sonra da Rusiya-Azərbaycan strateji əməkdaşlığının möhkəmlənməsinin sarsılmaz təməli olacaq.
Hörmətli İlham Heydər oğlu, xahiş edirəm, ən səmimi minnətdarlıq sözlərimi, cansağlığı, firavanlıq və uzun ömür arzularımı Böyük Vətən müharibəsinin Sizin ölkənizdə yaşayan bütün veteranlarına çatdırasınız".
Xəbəri paylaş
5998 dəfə oxunub.
Digər xəbərlər

4-04-2015, 17:48
Azərbaycan döyüş təyyarələrini havaya qaldırdı - Fotolar
20-09-2018, 10:09
Bu gün Aşura günüdür
16-12-2017, 11:41
Qəzzada toqquşmalar: 4 ölü, 400 yaralı
27-01-2017, 17:46
"BakuBus" sürücüsünün sərnişini ölümdən xilas etdiyi an - VİDEO
21-06-2017, 19:50
Alpaqutçularımız ,,Avrasiya" Kuboku uğrunda mübarizəyə hazırlaşırlar
25-08-2021, 11:34
"Cahil, avam və savadsız kütlə"- Faiq Ağayevdən "İmam Mehdi" qalmaqalına sərt reaksiya
28-12-2016, 18:28
Pilot sərnişin təyyarəsini dəhşətli qəzadan son anda xilas etdi - VİDEO
2-01-2017, 02:46
Astroloji proqnoz - 2 yanvar
26-06-2015, 22:43
Narışkin Azərbaycandadır