Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gürcüstan sürət qatarları təklif edir
Tarix: 08-05-2016 | Saat: 14:39
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Gürcüstan sürət qatarları təklif edir

Gürcüstanın vaqonqayırma zavodu istehsal etdiyi yeni vaqonları və elektrik qatarlarını Azərbaycana satmaq niyyətindədir

Bununla əlaqədar hazırlanan yeni təkliflər paketi Azərbaycan tərəfinə təqdim olunacaq.

Bu haqda zavodun müşahidə şurasının sədri Nino Tsilosani məlumat verib.

N.Tsilosani zavodun Avropa standartlarına cavab verən yeni yük və sərnişin vaqonlarının, elektrik qatarlarının istehsalına başladığını bildirib:

«Lazım olan lisenziya alınıb. 2010-cu ildən başlayaraq çinli tərəfdaşlarımızla birgə sürətli elektrik qatarlarının istehsalını həyata keçiririk. Bu qatarlar hazırda Tbilisi-Batumi şəhərləri arasında fəaliyyət göstərir».

N.Tsilosani qeyd edib ki, zavodun məhsulları yüksək standartlara cavab verir:

«İstehsal etdiyimiz yüksəkkeyfiyyətli vaqonların qiymətləri də sərfəli olacaq. Ona görə də düşünürük ki, Bakı-Tbilisi-Qars dəmiryol layihəsi aktuallaşdıqdan sonra «Azərbaycan Dəmir Yolları» bu cür sürət qatarları, xüsusilə də yük vaqonları ilə maraqlanacaq. Biz bununla əlaqədar hazırladığımız yeni layihəni və müvafiq sənədləri Azərbaycan tərəfinə təqdim etməkdən ötrü gələn ay Bakıya səfər edəcəyik».


Xəbəri paylaş

6288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___