Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Senatorlar Obamaya məktub yazdı: “Silah ver”
Tarix: 07-05-2016 | Saat: 17:21
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Senatorlar Obamaya məktub yazdı: “Silah ver”

Əgər ABŞ Küveyt, Qətər və Bəhreyn üçün nəzərdə tutduğu 9 milyard dollarlıq hərbi təyyarələrin satışını zamanında həyata keçirməsə, Fars körfəzi ölkələri bu tip təyyarələr üçün Vaşinqtonun rəqiblərinə müraciət edəcəklər.

"Xəbəraz.az " xəbər verir ki, bu sözlər ABŞ senatorlarının Prezident Barak Obamaya göndərdikləri məktubda yer alıb. Senatorlar Vaşinqtonun rəqibləri sırasında xüsusilə Rusiyanın bu işdə fəallıq göstərərək, hər üç ölkəyə öz hərbi məhsullarını satmağa çalışdığını bildirib:

“Amerika gərək özünün Yaxın Şərqdə təsirinin genişlənməsi imkanlarından əl çəkməsin. Bu bölgəni Vaşinqtonun rəqiblərinə buraxmaq doğru olmazdı. Biz hər şeydən öncə Qətər və Küveytlə müqavilə imzalamalıyıq. ABŞ-ın gecikməsi ucbatından Küveyt artıq bir dəfə Avropadan 28 ədəd “Tayfun” qırıcılarını alıb”.

Qeyd edək ki, ABŞ Qətər, Küveyt və Bəhreynə F-16, F-15 və F/A-18 təyyarələrini satmalıdır. Buna görə Bəhreynlə 2 milyardlıq, Qətərlə 4 milyardlıq, Küveytlə 3 milyardlıq müqavilə imzalanıb.


Xəbəri paylaş

6648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___