Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu müəllimlər iş yerini imtahansız dəyişə bilər
Tarix: 07-05-2016 | Saat: 11:32
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

Bu müəllimlər iş yerini imtahansız dəyişə bilər

Azərbaycanda iş yerini dəyişmək istəyən bəzi müəllimlər üçün bu proses test imtahanı olmadan həyata keçirilə bilər.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri İlham Nağıyev deyib ki, Bakıda müəllimlərin iş yerinin yerdəyişməsi üçün test imtahanı və müsahibə keçirilir. Namizəd test imtahanında keçid balını topladığı halda müsahibə mərhələsində iştirak edir. Bu müsahibədə çox zaman müəllimin iş yerini dəyişmək istədiyi məktəbin müəllimi də iştirak edir.

Artıq respublikada şəhər və ya rayon daxilində müəllimlərin daxili yerdəyişməsi prosesinə start veridliyini deyən İ.Nağıyev bunun mayın 14-dək davam edəcəyini açıqlayıb.

Nazirlik rəsmisinin sözlərinə görə, respublikanın bəzi rayonlarında sənəd qəbulu bitdikdən sonra birbaşa müsahibə mərhələsinin ola biləcəyi mümkündür:

"Respublikanın elə rayonları ola bilər ki, orada mayın 1-10-da ərizə qəbulu başa çatdıqdan sonra birbaşa müsahibə mərhələsini təşkil edilsin. Ola bilər ki, hansısa rayonda 3-4 nəfər sənəd versin. Onda orada artıq imtahana lüzum olmasın. Adətən, imtahan o yerdə olur ki, orada sənəd verən namizədlərin sayı çox olur. Bakıda çox vaxt bir yerə 10 nəfər sənəd verir, rəqabət yüksək olur. Amma rayonda bir yerə 1 nəfər sənəd verdikdə burada artıq imtahanın keçirilməsinə lüzum qalmır və məktəb direktorlarının rəyi əsasında bu qərar verilir".

İ.Nağıyev əlavə edib ki, Bakıda müəllimlərin yerdəyişməsi üçün 600 vakant yer elan edilib.

İ.Nağıyev qeyd edib ki, ötən il Bakı məktəblərindəki vakant yer üzrə keçirilən müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak etmək üçün 1 yerə 3-5, bəzən 7 nəfər sənəd verib. Bu il də təxminən eyni vəziyyəti gözlədiklərini deyən TN rəsmisi əlavə edib ki, mayın 14-də Bakıda müəllimlərin yerdəyişməsi üçün test imtahanlarının keçiriləcəyi gözlənilir. Bundan sonra keçiriləcək müsahibə mərhələsində isə müəllimlərin iş yerinin hansı məktəblərə dəyişdiriləcəyinə qərar veriləcək.


Xəbəri paylaş

7208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___