General medianın rolunu əvəzsiz saydı
Tarix: 07-05-2016 | Saat: 11:09
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər
Orduya inamın gücləndirilməsində media nümayəndələrinin rolu əvəzsizdir.
Report-un xəbərinə görə, bunu ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar keçirilən III atıcılıq turnirində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev deyib.
O qeyd edib ki, aprelin əvvəlində cəbhəboyu ərazilərdə baş verən hadisələr zamanı Azərbaycan mətbuatı əsl vətənpərvərlik nümayiş etdirib:
"Əksər mətbuat orqanları dəqiqləşdirilmiş və rəsmi təsdiq edilmiş məlumatların yayımlanmasına üstünlük verərək hərbi əməliyyatlardakı qələbəmizə informasiya müharibəsində də qələbə əlavə etdilər. Amma qarşıda görüləcək işlər çoxdur. Torpaqlarımız işğaldan azad olunan günə qədər hər birimiz bütün qüvvələrimizi səfərbər etməliyik. Bizim qurum mətbuatın cəmiyyətdəki əhəmiyyətini qiymətləndirərək KİV ilə birlikdə müxtəlif layihələr həyata keçirir".
Qeyd edək ki, bu gün ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan III atıcılıq turnirinə start verilib. Turnirə 26 KİV-i təmsil edən 78 jurnalist qatılıb. Turnirin sonunda I, II, II yerlər tutan qaliblərlə mükafat və diplomlar təqdim olunacaq.
Xəbəri paylaş
6828 dəfə oxunub.
Digər xəbərlər

26-07-2018, 10:14
Şirvanda “Mercedes” aşdı - 3 yaralı
14-04-2015, 15:47
1915-cu il hadisələri ABŞ-da faktlarla izah ediləcək
19-04-2022, 13:19
Nəvədən nənəyə qarşı DƏHŞƏT: Onu diri-diri soyuducuya qoydu
20-07-2020, 00:54
Azərbaycanda 32 yaşlı gənc ürəktutmadan dünyasını DƏYİŞDİ
25-07-2016, 12:11
Fotosunu paylaşan 19 yaşlı qız elə təklif aldı ki...
23-10-2015, 12:33
Sabah bu məscidlərdə qanvermə aksiyası keçiriləcək - Siyahı
20-08-2015, 16:45
Zaqatalada evdən pul oğurlayıb qonağı döydülər
31-01-2021, 14:02
İtkin düşdüyü bildirilən daha bir hərbçimizin şəhid xəbəri gəldi - FOTO
25-08-2017, 12:30
“Qarabağ” hörmət ediləsi rəqibdi” - Əfsanəvi futbolçu