Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İrəvanın bu oyunu Bakıya təhdiddir - Ekspert
Tarix: 07-05-2016 | Saat: 10:14
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

İrəvanın bu oyunu Bakıya təhdiddir - Ekspert

Cərəyan edən hadisələrin inkişafı göstərir ki, Ermənistan və Azərbaycan arasında gərginlik hələ pik nöqtəsinə çatmayıb.

Bu barədə Axar.az-a politoloq İlqar Vəlizadə danışıb. Ekspert qeyd edib ki, gərginlik pik həddinə açıq müharibə, yaxud da 2-5 aprel tarixlərindəki mənzərənin yenidən təkrarlanması ilə çata bilər: “

Ancaq bu dəfə münaqişə qarşı tərəf üçün daha ciddi fəsadlarla nəticələnə bilər. Gedişat göstərir ki, tərəflər həmin həddə yaxınlaşır. Bakı İrəvana mövqelərində köklü dəyişikliklər etməyi təklif edir. Ermənistan isə vəziyyəti indiki situasiyada saxlamağa çalışır. Bu isə Azərbaycana qarşı açıq bir hədədir. Ermənistan yaxın vaxtlarda oyunlarından əl çəkməsə, gərginlik daha da artacaq. Problem ondadır ki, həmsədrlər tərəfləri dolayı yollarla, sadəcə danışıqlar naminə bir araya gətirməyə çalışırlar. Bu, Azərbaycanı qane etmir. Bakının İrəvana mövqe dəyişikliyi təklifi həm də Minsk Qrupuna bir işarədir ki, müharibədən başqa yol qalmır”.


Xəbəri paylaş

6248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___