Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
''Formula-1'' zamanı bu yollar bağlanacaq
Tarix: 06-05-2016 | Saat: 23:16
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

''Formula-1'' zamanı bu yollar bağlanacaq

"Formula-1" üzrə Avropa Qran-prisi zamanı 6 kilometrlik yarış halqası və bulvarın bir hissəsi bağlı olacaq. İnsanlar arasında narazılıq yaranmaması üçün onlara xüsusi nişanlar paylanacaq və həmin vasitələrlə zonalara müəyyən vaxtlarda daxil ola biləcəklər.

Bunu Report-a açıqlamasında “Baku Grand Prix” şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri və “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının milli mətbuat katibi Nigar Arpadarai deyib.

O bildirib ki, yaxın zamanlarda bununla bağlı əhaliyə əlavə məlumat veriləcək.

"Bundan başqa, maşınlara da nişanlar vurulacaq və siyahı tutulacaq. Bu nişanlara malik olan insanlar da müəyyən vaxtlarda qapalı zonalara daxil ola bilərlər", - deyə “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının milli mətbuat katibi vurğulayıb.

N.Arpadarai Bakı yollarında keçiriləcək yarışa hazırlıq işlərinin gedişatı barədə də danışıb: "Artıq yollara asfaltın sonuncu layı vurulur və gələn həftədən başlayaraq ümumi tutumu 30 000 nəfər olan 9 tribuna quraşdırılacaq".


Xəbəri paylaş

6918 dəfə oxunub.

Digər xəbərlər
27-03-2015, 12:14 Millimiz Fransaya uduzdu

bütün xəbərlər
____ Instagram ___