Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Kəndlərimizə hər gecə 100-dən çox mərmi düşür"
Tarix: 06-05-2016 | Saat: 17:14
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

"Kəndlərimizə hər gecə 100-dən çox mərmi düşür"

Cəbhəboyu kəndlərdə yaşayan insanların həyatı təhlükədədir. Amma kəndlər mühafizə olunur və ermənilər bilməlidir ki, nə qədər təhlükəli olsa da insanlar bir addım da geri çəkilməyəcəklər.

Report-un məlumatına görə, bunu Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Raqub Məmmədov Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinə cəbhədə son vəziyyətlə bağlı məlumat verərkən deyib.

İcra başçısı vurğulayıb ki, Ermənistan silahlı bölmələri cəbhəboyu yaşayış məntəqələrini hər gecə ağır silahlardan atəşə tutur: "Axşam saat 10-dan başlayaraq səhər saat 6-a qədər bu ərazilərə 100 çox mərmi düşür. Təmas xəttinə daha yaxın yerləşən yaşayış məntəqələrində axşam olan kimi uşaqlar, qadınlar, xəstələr və qocalar nisbətən aşağı kəndlərə və ya qohumlarının evinə göndərilirlər. Nə qədər çətin olsa da həmin insanlar yenidən səhər evlərinə qayıdırlar və gündəlik təsərrüfat işləri ilə məşqul olurlar. Qoşunların təmas xəttində Ağdamın 21 kəndi yerləşir və bu kəndlərdə 20 mindən artıq insan yaşayır".

Qeyd edək ki, cəbhə bölgəsinə səfəri çərçivəsində Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri Ağdam rayonun təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrinə baş çəkiblər.


Xəbəri paylaş

5998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___