“Bankrot ola bilərik...” - Cavid Qurbanov
Tarix: 06-05-2016 | Saat: 13:02
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Azərbaycan Dəmir Yolları QSC-nin sədri, millət vəkili Cavid Qurbanov Milli Məclisin bu gün keçirilən iclasında 18 faiz Əlavə Dəyər Vergisinin (ƏDV) bir sıra məhsullardan azad olunmasını təklif edib.
"Xəbəraz.az " xəbər verir ki, C. Qurbanov bildirib ki, ucdantutma hər şeyə 18 faizlik ƏDV-ni tətbiq etmək düzgün deyil: “ Düzdür, elə məhsullar var ki, 25-30 faiz ƏDV tətbiq oluna bilər. Amma elə məhsullar var ki, bu problem yaradır. Məsələn, biz dəmir yolları üçün aldığımız avadanlıqlara çox böyük gömrük rüsumları tətbiq olunur. Bu məhsullar bizdə yoxdur. Sosial məsələ baxımdan biz biletlərin qiymətini qaldırmaq istəmirik. Amma gömrük rüsumları, 18 faizlik ƏDV dəmir yolunu bankrota gətirib çıxara bilər. Orada baza göstərilməlidir ki, lazım olanda ƏDV ləğv olunsun”.
Millət vəkili Vahid Əhmədov da 18 faizlik ƏDV-nin əleyhinə çıxıb: “ƏDV-nin 18 faiz olması Azərbycan iqtisadiyyatına çox böyük ziyan vurur. Elə məhsullar var ki, onlara ƏDV-nin 18 faiz tətbiq edilməsi yüksəkdir. Azərbaycan üçün lazım olan qida və digər məsələlərdə differensiallaşdırmış ƏDV tətbiq olunmalıdır. Bu sıfır, ya da bir-iki faiz olmalıdır”.
Xəbəri paylaş
7448 dəfə oxunub.
Digər xəbərlər

19-01-2016, 11:44
20 Yanvar hadisəsini çəkən məşhur fotoqrafdan şok etiraf: O əsgərlər sonra yoxa çıxdı" (VİDEO)
26-11-2015, 19:16
“Ekstremistlərdən dövlətə qarşı sərt təhdidlər - “Hamısını öldürəcəyik”
20-06-2015, 14:23
Şüvəlanda bacısını öldürən şəxsin məhkəməsi başladı
20-03-2020, 22:35
"Ronaldo dünyanın ən yaxşısıdır" - Pele
7-07-2018, 14:46
Səfər Mehdiyevin müavinləri işdən çıxarıldı
14-10-2016, 11:29
Türkiyədə 4 general sərbəst buraxıldı
3-06-2022, 11:33
Sahil Babayevin əlillik sirrinin üstü açıldı.... - Ağcabədi Mərkəzi Xəstəxanasında nələr baş verir..?
10-11-2021, 13:07
Yaşa görə orta pensiya məbləği artırılır
26-08-2015, 16:03
Hacı İbrahimin axtarışa verilən adamı:“Mən belə halın şahidi olmamışam“