“Qarabağ”dan daha bir rekord
Tarix: 05-05-2016 | Saat: 17:03
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Premyer Liqada ardıcıl 9 qələbə ilə tarixinin rekordunu təkrarlayan Ağdamın "Qarabağ" klubu kubokda da eyni nailiyyətə imza atıb.
"Xəbəraz.az " PFL-in saytına istinadən məlumat verir ki, Qurban Qurbanovun yetirmələri özünün Azərbaycan Kuboku tarixindəki ən uzun qələbə seriyasını təkrarlamağa nail olub.
İlk kubok yarışını buraxıb, 1993-cü ildə turnirdə debüt edən "ağ-göylər" 23 illik tarixdə ən yaxşı halda 6 qələbəlik seriyaya imza atmışdı. Bu seriya 1995-ci ilə təsadüf etmişdi. 1994/95 mövsümünü qələbə ilə başa vuran ağdamlılar 1995/96 mövsümünə 5 qələbə ilə başlamışdı. 21 ildən sonra həmin rekordu təkrarlayan "Qarabağ" cari mövsüm kubokda keçirdiyi 5 oyunun hamısında qələbə qazanıb.
Əyalət klubu seriyasına 2014/15 mövsümünün final matçından start verib. Həmin qarşılaşmada "Neftçi"ni 3:1 hesabı ilə məğlub edən "Qarabağ" cari kubok turnirinə "Şəmkir"lə 1/8 final oyunu ilə başlayıb - 2:0. 1/4 finalda "Sumqayıt"ı əvvəl 2:0, ardınca 4:1 yenən ağdamlılar yarımfinalda "İnter"i 2 dəfə məğlub edib - 4:0, 1:0.
"Ağ-göylər"in qalib gəlmədiyi son kubok oyunu ötən mövsümün yarımfinal mərhələsinə təsadüf edib. "Simurq"la cavab oyununda qapılara qol vurulmayıb.
Qeyd edək ki, ölkə kubokunda ən uzun qələbə seriyası "Kəpəz"ə məxsusdur. Gəncəlilər 1993-95-ci illərdə ardıcıl 13 kubok qarşılaşmasında qalib gəlib.
Xəbəri paylaş
5668 dəfə oxunub.
Digər xəbərlər

5-11-2016, 21:19
MİRA OD PÜSKÜRDÜ: “ÖZÜNÜ TANIMAZLAR...” – FOTO
27-04-2017, 20:35
Tanınmış iş adamı şərikini vəhşicəsinə döydürüb-VİDEO
8-08-2016, 14:24
"Ərimlə tez-bazar uşağımız olsun deyə, əlimizdən gələni edirik"
16-04-2017, 18:14
Türkiyədə seçki məntəqəsinin qarşısında atışma: ölənlər var
19-03-2015, 16:55
NATO nümayəndəsi: "Azərbaycanla əlaqələr yüksək səviyyədədir"
28-06-2015, 15:04
Çimərlikdə xəsarət alanların sayı 500-ü keçib
8-10-2015, 21:27
Messi azadlıqdan məhrum edilə bilər
3-02-2016, 21:57
Prokurorluğun qarşısındakı “kəfənli etiraz”la bağlı - AÇIQLAMA
17-06-2016, 21:44
Ağdam və Saatlıda yanğın oldu