Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazir: Dərslik hazırlığında müəllim qıtlığı var
Tarix: 05-05-2016 | Saat: 13:20
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

Nazir: Dərslik hazırlığında müəllim qıtlığı var
“Təhsilin səriştəyə əsaslanan məzmunun yaradılması istiqamətində aparılan islahatlar içərisində əsas yeri ümumtəhsil pilləsi üzrə dərsliklərin hazırlanması təşkil edir”

Bunu təhsil naziri Mikayıl Cabbarov “Gülüstan” sarayında Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimindəki çıxışında deyib.

Nazirin sözlərinə görə, bu istiqamətdə işlər istənilən sürətlə getməsə də son 3 ildə müəyyən uğurlar da olub. Bu uğurları sadalayan nazir kurikuluma əsaslanan 276 adda yeni dərslik və müəllim üçün metodik vəsaitin hazırlanmasını da xüsusi qeyd edib:

“Dərslik hazırlığı sahəsində Təhsil Nazirliyi tərəfindən bir sıra işlər görülüb. Qiymətləndirmədə şəffaflığı təmin etmək üçün dərslik layihələri bir-birindən asılı olmayaraq müxtəlif ekspertizalara göndərilib. Dərslikləri məmurlar yox, bu sahənin mütəxəssisləri, alimləri yazır”. Dərslik hazırlığında müəllim qıtlığının olduğuna təəssüflənən nazir bildirib ki, bu işə ən yaxşı mütəxəssislər cəlb edilməlidir. Amma indiki sosial iqtisadi şəraitdə onları yalnız çağırışlarla həvəsləndirmək mümkün deyil. Nazirlik sifariş əsasında ehtiyat dərsliklərin hazırlanması, bu işə ən yaxşı mütəxəssislərin qoşulması təşəbbüsü ilə çıxış edərək müvafiq normativ sənədlərin layihələrini hökumətə və digər aidiyyatı qurumlara təqdim edir. Təhsil Nazirliyi bu işdə bu il yenilik də edib. Belə ki, yeni hazırlanan dərslik layihələri çapa verilmədən öncə nazirliyin internet portalında yerləşdirməklə ictimai müzakirəyə çıxarırılır”.


Xəbəri paylaş

5768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___