Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu yolun tikintisinə başlanıldı - Video
Tarix: 05-05-2016 | Saat: 12:14
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Xəbəraz TV | çapa göndər

Bu yolun tikintisinə başlanıldı - Video

Tovuz rayonunun Qovlar-Alakol-Ağacqala-Sarıtala avtomobil yolunun tikintisinə start verilib.

Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, 50 kilometr uzunluğunda mövcud avtomobil yolu 4-cü texniki dərəcəlidir, çınqıl və torpaq örtüklüdür.

Layihə çərçivəsində ilkin mərhələdə yolun Əyyublu-Alakol kəndləri arasında olan 17 kilometrlik hissəsinin 3-cü texniki dərəcəyə uyğun salınması nəzərdə tutulub. Digər mərhələlərdə yolun qalan hissələrinin tikintisi aparılacaq.

Layihə çərçivəsində tikintisi aparılan 2 hərəkət zolaqlı yolun torpaq yatağının eni 12 metr, bərkidici zolaq da daxil hərəkət hissəsinin eni 8 metr, hər iki istiqamət üzrə çiyinlərin eni 2 metr olacaq. 17 km-lik hissəyə 2 qat olmaqla 135 min m2 yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

Aparılan tikinti işləri zamanı Zəyəmçay üzərində yerləşən körpü də əsaslı təmir olunacaq. Sözegedən körpünün uzunluğu 74 paqon-metr, eni 11 metrdir. Əsaslı təmir zamanı körpüdə hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri yaradılacaq, körpünün kənarlarına 148 paqon-metr mühəccərlər və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə səki ilə yolun hərəkət hissəsi arasında 148 paqon-metr təkərqaytaranlar quraşdırılacaq.

Bundan başqa tikinti işlərinin aparıldığı 17 kilometrlik hissədə 16 yeni suötürücü boru tikiləcək, əkin sahələrinə suların ötürülməsi üçün avtomobil yolunun altından 46 yerdə borular qoyulacaq.

Hazırda layihəyə uyğun olaraq torpaq işləri görülür, yol 1 metr dərinlikdə qazılır və yol yatağı ilə yol əsasının tikintisi işləri aparılır.




Xəbəri paylaş

5698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___