Qulaqcıqla musiqi dinləyənlərin diqqətinə
Tarix: 05-05-2016 | Saat: 11:32
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Müasir gənclər günün bir çox hissəsi qulaqcıqlarda musiqiyə qulaq asır
Qulaqcıqlar artıq dəbli aksessuara çevrilib, müasirliyin rəmzi sayılır. Lakin çoxsaylı araşdırmalar göstərir ki, bu, çox təhlükəli və ziyanlı vərdişdir.
Həkimlərin müşahidələrinə görə, kiçik, qulaqların içinə taxılan qulaqcıqlarda daim musiqiyə qulaq asan gənclərdə 4 ildən sonra 1-ci dərəcəli eşitmənin pozulması inkişaf edir. 40-50 yaşında bu insanlarda artıq eşitmənin ciddi zəifləməsi və hətta karlıq inkişaf edə bilər.
Bizim qulaqlarımız yalnız qısamüddətli uca səslərin təsirinə tab gətirə bilir. Əgər belə səslər insana uzun müddət ərzində təsir edirsə, bu, mütləq eşitmənin pozulmasına gətirib çıxardacaq.
Bütün dünyada LOR həkimləri cavan insanlar arasında eşitmənin pozulması hallarının artmasını müşahidə edirlər. Həkimlərin fikrinə görə, bunun əsas səbəblərindən biri məhz güclü səslərin uzun müddət ərzində qulaqlara təsiridir.
LOR həkimlərinin xəbərdarlığı: əgər siz 40 yaşında qulaqcıqları eşitmə aparatına dəyişmək istəmirsinizsə, bu kimi qaydalara əməl edin:
- qulaqcıqlarda musiqiyə qulaq asdıqda siz ətrafdakıları eşitməlisiniz. Əks halda səsini azaltmaq lazımdır.
- ətrafdakılar qulaq asdığınız musiqini eşitməməlidir.
- əgər siz ətrafdakılarla danışdıqda qışqırırsınızsa, bu o deməkdir ki, səsi azaltmaq lazımdır.
Ümumiyyətlə, həkimlər kiçik, qulağın içinə taxılan qulaqcıqlardan imtina etməyi tövsiyə edirlər.
Yüksək səsdən əlavə qulaqcıqların digər təhlükəsi ondan ibarətdir ki, yad cisim daim qulaqların daxilində olduqda, bu, qulaq iltihablarına səbəb ola bilər. Əgər siz digər insanın qulaqcıqlarını istifadə edirsinizsə, bu, daha da təhlükəlidir. Hər bir insanın dərisində minlərlə mikrob yaşayır. "Yiyəsinə" ziyan vurmayan mikroblar digər insanda iltihaba və s. problemlərə səbəb ola bilər. Bu səbəbdən LOR həkimləri heç bir halda "şərikli" qulaqcıqlardan istifadə etməməyi tövsiyə edirlər.
Eşitmənin pozulmasından əlavə qulaqcıqlarda uzun müddət ərzində musiqiyə qulaq asmaq sinir sisteminə də mənfi təsir edir - insanda gərginliyə, diqqətin pozulmasına, baş ağrılarına, təzyiqin yüksəlməsinə səbəb olur. (saglamolun.az)
Xəbəri paylaş
6318 dəfə oxunub.
Digər xəbərlər

8-09-2016, 12:19
Azərbaycanlı ustadan yenilik - "Qaz 24" təkərli motosikl - FOTO
9-12-2016, 16:45
AST Telmanın ailəsində QALMAQAL - "Məni çox bərk döyürdü" - VİDEO
24-02-2016, 12:36
6 mindən çox Azərbaycan vətəndaşı əsir və girov götürülüb - İşçi Qrupu
18-07-2016, 00:48
Səudiyyə kralı Ərdoğana zəng etdi
16-01-2016, 17:31
Ramil Usubov polis rəisini işdən çıxardı
11-12-2022, 11:36
Ən NAZLI BÜRCLƏR - Kimlər istədiklərini bu yolla çatırlar?
28-09-2016, 16:36
Vahid Mustafayev ANS-çiləri bir yerə yığdı - Yeni iş
17-04-2016, 14:23
18 ölkə neft hasilatını dondurur
23-08-2015, 00:00
Rusiya “Topol”u uğurla sınaqdan keçirdi – VİDEO
11-12-2016, 20:13
Palmira şəhəri İŞİD-in nəzarətinə keçdi