Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rəsmi Bakıdan Lavrovun Qarabağ şərhinə - Reaksiya
Tarix: 04-05-2016 | Saat: 22:42
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər


Rəsmi Bakıdan Lavrovun Qarabağ şərhinə - Reaksiya
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tanınması barədə qanun layihəsinin müzakirəyə çıxarılmasından təşvişə düşmək üçün əsasın olmadığı haqqında açıqlamasını bölüşür və təqdir edirik. Azərbaycan tərəfi danışıqlarda irəliləyiş və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnəcək substantiv danışıqlara və bu əsasda nəticəyönümlü görüşlərə hazır olduğunu həmişə bildirib.

Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, qoşunların təmas xətti boyunca atəşkəsin pozulmasından əziyyət çəkən bu əraziyə yaxın məskunlaşmış mülki Azərbaycan əhalisidir. Ermənistanın Azərbaycan əhalisinə qarşı apardığı etnik təmizləmə nəticəsində işğal olunmuş ərazilərdə təmas xəttinin Ermənistanın nəzarətində olan hissəsində mülki əhali yoxdur. Atəşkəsin pozuntusunun qarşısının alınması və ya insidentlərin araşdırılması mexanizminin yaradılması Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib hissəsi olmalıdır.

Münaqişənin həllinə dair yol xəritəsi məlumdur. Ermənistan özü də bunu çox yaxşı bilir ki, münaqişənin həlli prosesi çərçivəsində Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistan rəhbərliyini sülhə və konstruktiv əsasda danışıqlar prosesinə gətirməsinə ehtiyac var.


Xəbəri paylaş

5528 dəfə oxunub.

Digər xəbərlər
4-09-2018, 14:35 Xəyalə oğlu ilə - FOTO

bütün xəbərlər
____ Instagram ___