Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kəşfiyyatçımız: “Yaşamağa dəyərmiş” - Foto
Tarix: 04-05-2016 | Saat: 18:25
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Kəşfiyyatçımız: “Yaşamağa dəyərmiş” - Foto

2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı, baş leytenant, Qazax güləş məktəbinin yetirməsi Müsavi Kamilə yeni protez ayaq qoyulub.

Axar.az xəbər verir ki, bu barədə Kamil Müsavi özü Femida.az-a məlumat verib.

Baş leytenant zədəli olan gözünün bərpası üçün mayın 8-də Türkiyəyə gedəcəyini deyib:

“Müdafiə Nazirliyinin maddi və mənəvi dəstəyi ilə yeni protez ayaq qoyulub. Dövlətimizdən və vətəndaşlardan çox razıyam. Bir an belə məni diqqətdən kənarda qoymadılar. Bildiyiniz kimi mən həmin vaxt sol gözümü və ayağımı itirmişdim. Digər ayağım və qolum isə ciddi zədələnmişdi. Dövlətin maddi dəstəyi ilə mənə protez ayaq qoyuldu. Güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudov və qazaxlı xeyriyyəçi Arzuman Abdulkərimov gözümün bərpası üçün Türkiyədə müayinə keçməyimə kömək edirlər.

Müayinələrin nəticəsi müsbətdir. İnşallah, mayın 8-də gözümün bərpası üçün Türkiyəyə gedəcəyəm. Orada həmçinin protez ayağım da dəyişdiriləcək. Yeni qoyulacaq ayaqda hissiyyat olacaq. Həyata inamım böyükdür. Sevinirəm ki, xeyirxah insanlar və dostlarım var. Mətbuat vasitəsi ilə bir daha mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. İndi bildim ki, yaşamağa dəyərmiş”.



Kəşfiyyatçımız: “Yaşamağa dəyərmiş” - Foto
Kəşfiyyatçımız: “Yaşamağa dəyərmiş” - Foto


Xəbəri paylaş

5878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___