Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Uşaq” əmanəti ilə övladlarınızın gələcəyini təmin edin
Tarix: 22-04-2015 | Saat: 15:42
Bölmə:Karusel / Gündəm / Maraqlı / M2 | çapa göndər

“Uşaq” əmanəti ilə övladlarınızın gələcəyini təmin edin

“DəmirBank”ın “Uşaq” əmanəti ilə övladlarınızın gələcək maliyyə durumlarını sığortalaya və vəsaitlərinin təhlükəsizliyini təmin edə bilərsiniz. Belə ki, “DəmirBank” valideynlərə iki növ “Uşaq” əmanəti təklif edir. Bunlardan biri “Hər rüb faizləri kapitallaşan uşaq əmanəti” növüdür ki, burada hesablanmış faizlər hər rüb əmanət məbləğinin üzərinə əlavə olunur və əlavə edilmiş faiz məbləğinə də faizlər hesablanır. Digər -“Hər rüb faizlər hesablanaraq cari hesaba köçürülən uşaq əmanəti”- növü isə istənilən vaxt faizləri cari hesabdan götürmək imkanı verir.

“Uşaq” əmanət hesabı açmaq üçün minimum 100 AZN ilkin mədaxil edilməlidir. Maksimum 18 il müddətə açılan “Uşaq” əmanətini manat, avro və ya ABŞ dolları valyutasında yerləşdirmək mümkündür.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

“DəmirBank” eyni zamanda “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi : (012) 149


Xəbəri paylaş

5988 dəfə oxunub.

Digər xəbərlər
11-05-2017, 19:52 Dünyanı ağladan – FOTO

bütün xəbərlər
____ Instagram ___