Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dövlət İmtahan Mərkəzinin yenilikləri abituriyentləri çaşdırır
Tarix: 03-05-2016 | Saat: 12:21
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər


Dövlət İmtahan Mərkəzinin yenilikləri abituriyentləri çaşdırır
Ekspertin təklifinə görə, dəyişikliklərin qəbul mövsümündən sonra açıqlanması məqsədəuyğun olar Kamran Əsədov: «Sınaq imtahanlarının suallarının sosial
şəbəkələrdə yayılmasında heç bir qanun pozuntusu yoxdur»
Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, qəbul imtahanında ana dili və riyaziyyat fənlərindən olan nəticələr eyni fənnin buraxılış imtahanından olan nəticələrlə əvəz edilə bilər. O, imtahanlardan sonra sualları sosial şəbəkələrdə yayanların qanunu pozmaları ilə bağlı da danışıb.


M.Abbaszadənin açıqlamaları ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov "Bizim Yol"a bildirib ki, 2016-2016-cı il qəbul imtahanlarına az bir müddət qalmış qəbul imtahanları yenilikləri ilə bağlı xəbərlərin verilməsi abituriyentlərə mənfi təsir edə bilər: "Nəzərə alsaq ki, bir neçə gün əvvəl buraxılış və qəbul imtahanlarının birləşdirilməsi ilə bağlı, bundan da bir az əvvəl TQDK-nın ləğvi və DİM-in yaradılması ilə bağlı xəbərlər abituriyentlər və onların valideynləri, müəllimləri arasında ciddi ajiotaja və narahatlığa səbəb olub.

Düşünürəm ki, qəbul imtahanları və qəbul qaydaları ilə bağlı yeniliklər cari ilin bütün qəbul prosesi başa çatdıqdan sonra verilsə, daha faydalı və qanunauyğun olar".
Ana dili və riyaziyyat fənlərindən olan nəticələrin eyni fənnin buraxılış imtahanından olan nəticələrlə əvəz edilə bilməsinə gəlincə, ekspert bildirir ki, birinci və ikinci qruplarda riyaziyyat, üçüncü qrupda ana dili fənnində istifadə olunan test modelləri və onların ağırlıq dərəcəsi buraxılış imtahanındakından ciddi şəkildə fərqli və çətindir: "Yəni hər ixtisas qrupunda fənlərdə istifadə olunan testlər daha çətindir. Bunun başqa modelini tətbiq etmək olar, məsələn, ümumiyyətlə qəbul imtahanlarında yalnız 100 baldan çox toplayanlara orta məktəbi bitirmək barədə attestat vermək olar".

M.Abbaszadənin sualları sosial şəbəkələrdə yayanların qanunu pozmaları ilə bağlı açıqlamasına da K.Əsədov münasibət bildirib: "DİM-in istər qəbul imtahanları, istərsə də sınaq imtahanları zamanı iştirakçılara təqdim etdiyi sual kitabçalarının üzərində elə bir qeyd yoxdur ki, istifadə olunan sualların hardasa yayılması, paylaşılması qadağandır. Nəzərinizə çatdırım ki, imtahanlarda iştirak ödənişlidir və iştirakçılar müəyyən məbləğ ödədikdən sonra imtahanda iştirak edirlər. Bu zaman onlara təqdim edilən sual kitabçaları onların mülkiyyəti olur. Konstitusiyaya və digər qanunvericilik aktlarına görə, vətəndaş öz mülkiyyətindən dövlət əleyhinə olmamaq şərti ilə, istədiyi kimi istifadə edə bilər. İstər dövlət sirri haqqında qanuna, istər məlumat əldə etmək haqqında qanuna, istərsə də informasiya əldə etmək haqqında qanuna görə bunun yayılmasında heç bir qanun pozuntusu yoxdur.
Əlbəttə ki, Şura sədri haqlı olaraq bunu eyni səviyyədə olan sualları hər il hazırlamağın çox çətinliyi ilə əlaqələndirib. Düşünürəm ki, hər il sualların modellərini dəyişməklə, bunun qarşısını almaq daha uğurlu olardı.

Dünya praktikasında sualların paylaşılmasına görə təzyiqlərdən istifadə təcrübəsi yoxdur. İstisna olaraq oğurluq, qeyri-qanuni yolla əldə edilmiş olmasın. Bu gün sosial bir cəmiyyət var və istər test suallarının, istərsə də bu və ya digər qurumların, şəxslərin fəaliyyətinin müzakirə olunması yalnız işə müsbət mənada təsir edə bilər. Çünki fəaliyyəti yalnız kənardan qiymətləndirəndə, problemlər göstəriləndə onu həll etmək daha asan olur.

Hesab edirəm ki, "ASAN Ximət"inin könüllülərinin imtahan prosesində nəzarətçi kimi istifadəsi məsələsi olduqca önəmli bir addımdır. Könüllülərin gənc, enerjili olması imtahan prosesini daha da sürətli edəcək. Onlar bəzi nəzarətçilər kimi, imtahan otaqlarında yorulub, oturub qeybət etməyəcəklər".


Xəbəri paylaş

6948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___