Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gəncədə yeni kinoteatr açıldı
Tarix: 02-05-2016 | Saat: 15:13
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Gəncədə yeni kinoteatr açıldı

Gəncədə “CinemaPlus Xəmsə” kinoteatrının açılış mərasimi keçirilib.

"Xəbəraz.az Qaqazinfo ya istinadən xəbər verir ki, açılışda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “Cinema Plus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə, millət vəkilləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Zaur Darabzadə bildirib ki, “CinemaPlus Xəmsə” ən yeni "Barco" nəslindən olan proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təhciz olunub.

Elmar Vəliyev çıxış edərək qeyd edib ki, 2016-cı il Avropa Gənlər Paytaxtı olan Gəncədə məhz belə müasir avadanlıqlarla təchiz olunmuş kinoteatrın açılması sevindirici haldır. İcra Başçısı xüsusi vurğulayıb ki, kinoteatr insanların istirahət imkanlarını artıraraq əhalinin asudə vaxtlarının daha səmərəli keçirilməsinə köməklik göstərəcək.

Daha sonra Naqif Həmzəyev Gəncə sakinlərini təbrik edərək belə kinoteatrın açılmasının arzu olunan olduğunu bildirib. Naqif Həmzəyev xüsusi vurğulayıb ki, Azərbaycanda ən son texnalogiyanın məhz bu kinoteatrda quraşdırılması hər kəsin sevincinə səbəb olacaq.

Rəsmi hissədən sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli, həmçinin Arzu Əliyevanın layihə rəhbəri və baş prodüseri olduğu “Əbədi ezamiyyət” filmləri izlənilib.

Gəncədə yeni kinoteatr açıldı
Gəncədə yeni kinoteatr açıldı


Xəbəri paylaş

1 0068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___