Gömrük ödənişlərindən yayınanlar üçün cəzalar sərtləşir
Tarix: 02-05-2016 | Saat: 12:39
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Azərbaycanda gömrük ödənişlərindən yayınma ilə bağlı cəzalar ağırlaşdırılır və yeni cəza sanksiyaları tətbiq olunacaq
Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı Cinayət Məcəlləsinin 209-cu (Gömrük ödənişlərinin ödənilməsindən yayınma) maddəsinə əlavə və dəyişiklik təklif edilir.
Maddənin 1-ci bəndinə ediləcək əlavə və dəyişikliyə görə, xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma, cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 4 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Hazırda isə bu cəza 1 000 manatdan 2 000 manatadək miqdarda cərimədir.
Maddənin 2-ci bəndinə edilən əlavə və dəyişikliyə görə isə, bu, təkrar və külli miqdarda törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırda isə bu cəza iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləridir.
Maddənin “Qeyd” hissəsinə edilən dəyişikliyə görə isə, külli miqdar dedikdə 100 min manatdan artıq vəsait nəzərdə tutulur.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 6-da müzakirəyə çıxarılacaq.
Xəbəri paylaş
6738 dəfə oxunub.
Digər xəbərlər

25-12-2016, 20:54
Formula-1 Azərbaycan Qran-prisinin rəsmi elçiləri onlar olacaq - Fotolar
16-07-2018, 17:25
Metropoliten maşinist axtarır - Qadınlar da müraciət edə bilər
7-05-2017, 14:51
Tərtərdə ermənilərlə iş birliyinə girən hərbçilər və mülki şəxslər ifşa edildilər - Bakıda terror planlaşdırılırmış
10-07-2017, 11:02
Gəncədə ikiqat dünya çempionu adam öldürüb
30-04-2016, 13:07
Azərbaycan xüsusi təyinatlılarının möhtəşəm təlimi - Video
25-12-2017, 09:36
Kərə yağı ucuzlaşdı - Fotolar
2-05-2021, 21:56
Lerikdəki dəhşətli qətlin ŞOK DETALLARI: Kəndin mollası...
18-02-2018, 21:31
BOŞANMALAR - Bəzi gənclər elə bilirlər ki, ailə sevmək və sevişməkdən ibarətdir...
19-11-2016, 22:07
Üz dərisini necə cavan saxlamaq olar
10-07-2015, 14:55
Tailand konsulluğuna hücumdan sonra gözlənilməz qərar