Ermənilərin son bir həftədə verdiyi itkilər - Siyahı
Tarix: 02-05-2016 | Saat: 01:06
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Aprelin 24-dən qoşunların təmas xəttində gərginliyi artıran Ermənistan silahlı birləşmələri bu günədək 9 itki veriblər. Erməni tərəfin açıqladığı məlumatlara əsasən, bu müddətdə işğal altında olan Azərbaycan torpaqlarında 6 erməni hərbçi öldürülüb, 3 hərbçi yaralanıb. Ermənilər ilk itkiləri aprelin 26-da açıqlayıblar. Bunlar Tiqran Petrosyan (1992), Aram Aruşanyan (1972) və Ovannes Petrosyandır.
Ermənistan tərəfi sonuncunun işğal zonasındakı hərbi hissələrin birində silahlı insident zamanı başından güllələndiyini açıqlayıb. Ovannes Petrosyanın meyiti hərbi hissənin yaxınlığında tapılıb. Aprelin 27-də hərbi əməliyyatlar zonasında müddətdən artıq hərbi xidmət edən 1996-cı il təvəllüdlü Ayk Minasyan öldürülüb. Bu gün isə erməni tərəfi daha iki nəfər itki verdiklərini təsdiqləyiblər. Öldürülən erməni hərbçiləri 1997-ci il təvəllüdlü Qarik Movsisyan və 1968-ci il təvəllüdlü Vazgen Arutunyandır.
Erməni tərəfi həmçinin son beş gündə Azərbaycan Ordusunun düşmənin atəş mövqelərinə endirdiyi cavab zərbələri nəticəsində üç erməni hərbçisi yaralandığını açıqlayıb. Ermənistan Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi Kamavor Xaçatryan yaralı ermənilərin vəziyyətinin ağır olduğunu bildirib. Bununla da erməni tərəfinin aprelin 26-dan açıqladığı itkilərin sayı 9-a çatıb.
Xatırladaq ki, işğaıçı Ermənistan silahlı birləşmələri aprelin 24-dən cəbhə xəttində vəziyyəti gərginləşdirməyə başlayıb. Ermənilərin Azərbaycanın mülki obyektlərini, evləri ağır artilleriyadan atəşə tutması nəticəsində iki mülki vətəndaş şəhid olub. Bunlar Ağdam rayonunun Çəmənli kənd sakini Famil Əli oğlu Mustafayev və Əli Müseyib oğlu Hüseynovdur. Ermənilərin atəşi nəticəsində Çəmənli kəndində 7 yerli sakin yaralanıb. /ölkə.az/
Xəbəri paylaş
8038 dəfə oxunub.
Digər xəbərlər

21-07-2021, 22:33
Ölkədə koronaya yoluxanların sayı açıqlandı
10-08-2015, 20:26
Aygün Kazımova Gunel Zeynalova ilə Türkiyədə - foto
3-02-2021, 19:43
İlham Əliyev rektoru işdən ÇIXARDI
4-02-2017, 14:52
Uşaq niyə yaşından böyük davranır? – PSİXOLOQ YAZIR
16-10-2018, 16:52
Bakıda qadın özünü 9-cu mərtəbədən atdı
6-12-2015, 22:54
Şəmkirdə ər arvadını bıçaqladı
13-09-2016, 18:15
Müğənni Mira Rixosda - FOTOLAR
8-06-2017, 13:32
35 dərəcə isti olacaq
16-04-2017, 19:06
Gənc qız lüm-lüt soyunaraq dünyanı gəzdi - FOTOLAR
25-08-2015, 01:12
Gülnarə Kərimova aktivlərini dondurdu