Kamran Həsənlinin işi çətinləşdi - İş İstintaq İdarəsindən alındı
Tarix: 01-05-2016 | Saat: 14:49
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Müğənni Samir Piriyevin şikayəti əsasında aparıcı Kamran Həsənliyə qarşı başladılan cinayət işinin istintaqı Nərimanov rayon prokurorluğundan alınıb.
Bu barədə S.Piriyevin vəkili Ruslan Əhmədoğlu “Qafqazinfo”ya açıqlamasında məlumat verib. O qeyd edib ki, S.Piriyev nazir Ramil Usubova müraciətindən sonra nazirliyin Baş İstintaq İdarəsinin rəhbərliyi tərəfindən qəbul edilib: “Cinayət işinin baxılmasında göstərdiyimiz xüsusatları nəzərə alaraq, yaradılmış maneələrə görə Kamran Həsənli barədə başladılmış cinayət işinin istintaqının aparılması üçün iş Nərimanov RPİ-nin İstintaq İdarəsindən alınıb. Təqdim etdiyimiz sübutlar əsasında yaxın günlərdə cinayəti törədən şəxslər məsuliyyətə cəlb ediləcək”.
Cinayət işinin istintaqının aparılmasının hansı orqana tapşırılması Baş Prokurorluğa verilən vəsatət təmin olunduqdan sonra bəlli olacaq.
Qeyd edək ki, Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini, onun bacısı Gülər Həsənlinin istintaqdan yayındığını bildirib. Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.
Xəbəri paylaş
6488 dəfə oxunub.
Digər xəbərlər

1-03-2022, 21:42
“Müharibəni dayandır, Ukraynadan çıx” - NATO-dan Putinə çağırış
17-09-2023, 10:27
İnfeksionist həkim: “Ölkədə karantin tətbiq oluna bilər”0
26-08-2018, 13:33
Sürücünün sənədlərini yoxlayan polis güllələndi
13-03-2021, 13:54
Ata Abdullayev bu əməllərinə görə də həbs OLUNUBMUŞ
3-05-2016, 10:38
Azərbaycanlıları hesabat xatirinə tutdular
29-04-2016, 01:15
Fransadan Rusiya ilə bağlı - Qətnamə
24-05-2019, 15:02
“Bakı Avropa Liqasının final oyununa hazırdır” - Azad Rəhimov
25-04-2016, 15:03
Ərdoğan Bakıya hansı mesajlarla gəlir? - Türkiyə prezidenti qaranlıq mətləblərə aydınlıq gətirəcək
13-03-2017, 11:34
Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri FOTO