Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Maks Andersonla müsahibə - Eksklüziv
Tarix: 01-05-2016 | Saat: 10:16
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Maks Andersonla müsahibə - Eksklüziv

Maks Anderson İsveçin komiks yaradıcısı və rejissordur. O, əsasən andeqraund və bədii komiksləri ilə məşhurdur.

Anderson ABŞ-da qrafik roman və komiks albomu (1993) nəşr edən ilk İsveç sənətçisidir.

Dünya şöhrətli No Sin yunan qrupunun “Draq kolld fyuçe” və “Sam ki akkordinq to diiz” albomları Anderssonun əsərlərinin şərəfinə adlandırılıb.

"Xəbəraz.az " məşhur isveç rejissoru, komiks yaradıcısı və rəssamı ilə müsahibəni təqdim edir:

– İlk professional işinizi nə vaxt ərsəyə gətirmisiniz? Qısaca tarixçəsini danışa bilərsiniz?

– Mənim ilk qrafik romanım 1992-ci ildə çap olunub. Bu, müxtəlif yaşlardakı intim münasibətləri, insanları özünə həbs edən tikililəri, sərxoş rüşeymləri özündə əks etdirən ironik bir əsər idi. Pulun bizi necə məhv etdiyini insanlara çatdırırdı. O vaxtdan bəri mən müxtəlif mövzulara, o cümlədən, mexanizmli uşaq, ət ağacları, ev heyvanları silahları kimi ironik mövzularla bağlı çoxsaylı komikslər yaratmışam.


– Hər qrafik romançının və rəssamın özünəməxsus stili, sevimli alətləri olur. Son illər ərzində əsasən hansı alətlərdən, fırça və qələmlərdən istifadə edirsiniz?

– Mən köhnə məktəbəm. Komiks yaradarkən ucu mürəkkəbə batırılan polad qələmlərdən istifadə edirəm. Bu, XIX əsrdən bəri dəyişməyən və təkmilləşdirilməyə ehtiyac olmayan bir vasitədir. İndi onların yaxşılarını tapmaq çətindir, amma bəzi onlayn mağazalardan tapa bilirəm. Həmçinin fırça və bəzən sadə qələmlərdən də istifadə edirəm.


– Hansı komiks yaradıcıları sizi ilhamlandırır?

– 30-40-cı illərin klassik kreatorları mənim ilham mənbəyimdir. Məsələn, E.S. Seqar (Popoye), Çester Quold (Dik Treysi), Erni Buşmiller (Nensi). Həmçinin XX əsrin əvvəllərinin pionerləri – Corc Herriman və Vinsor Makkay, Tov Canssonsun “Mumin”i uşaqlıqda mənim üçün böyük ilham mənbəyi və stimul olmuşdu.


– Evinizin divarlarında öz şəxsi işlərinizdən başqa kimin əsərləri var?

– Öz işlərimdən başqa şəxsən tanıdığım bir neçə məşhur rəssamın işləri var. Ən sevdiyim əsəri soruşsanız, isveçli dostum Qunnar Lundkvistin əsərini deyərəm. Əsərdə gözüyaşlı it “Niyə dünyada bu qədər axmaq var?” - deyə kədərlənir.


– Uğur əldə etmək istəyib buna nail ola bilməyən gənclərə nə məsləhət görərdiniz?

– İşini mükəmməl etməyə çalışma. Bu çox sıxıcıdır və artıq mükəmməl əsərlərin hamısı yaradılıb. Gözəl yaratmağa çalışma, çirkin yarat, amma sənin öz dəst-xəttin olsun. Özünə inan, çünki sənin stilin təkdir.


– Pleylisinizdə hansı mahnılara yer vermisiniz?

– 70-ci illərin "NEU! 2" və "NEU! '75" albomları.


– Son oxuduğunuz əsər və izlədiyiniz film hansı olub?

– Sonuncu oxuduğum əsər Patrik Modianonun “L'Herbe de nuit” əsəridir. Məncə, Patrik ən yaxşı müasir yazıçılardan biridir. Son izlədiyim film “Pi Vinin böyük bayramı” filmidir. Onu deyim ki, film gözlədiyimdən daha yaxşı çıxdı.


– Yaxın gələcəklə bağlı hansı layihələriniz var?

– Yenicə öz “Çuxur” adlı komiks romanımı bitirdim. Hazırda o yalnız İsveçdə var, amma tezliklə ingilis və fransız dillərinə də tərcümə olunacaq və ölkə xaricinə çıxarılacaq.


Xəbəri paylaş

7028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___