Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu gün 22 partlayış yeri yoxlanılıb
Tarix: 30-04-2016 | Saat: 23:18
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Bu gün 22 partlayış yeri yoxlanılıb
ANAMA Tərtər və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.
"Xəbəraz.az "ya daxil olan məlumatda qeyd olunur ki, agentlik tərəfindən bu gün 9 ev, 12 əkin sahəsi, 22 partlayış yeri yoxlanılıb, 1 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilmiş və 14 460 kv. m ərazi yoxlanılıb.

Tərtər rayonu

Tərtər şəhəri - 4 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 2 100 kv.m. ərazi yoxlanılmış və partlamamış hərbi sursat aşkar edilməyib.

Qarağacı kəndi - 4 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 9 700 kv.m. ərazi yoxlanılmış və partlamamış hərbi sursat aşkar edilməyib.

Borsunlu kəndi - 8 əkin sahəsində 10 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış 122-mm top mərmisi aşkar olunaraq zərərsizləşdirilmiş, nəticə etibarı ilə 1 090 kv.m. ərazi yoxlanılıb.

Hacıqərvənd kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 1 100 kv.m. ərazi yoxlanılmış və partlamamış hərbi sursat aşkar edilməyib.

Füzuli rayonu

Alıxanlı kəndi - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilmiş, partlamamış hərbi sursat aşkar edilməyib. Nəticə etibarı ilə 470 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7-30 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir və Cəlilabad rayonlarında 387 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbiristanlığı, 1 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, 8 əkin sahəsi və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 295 ədəd partlamamış hərbi sursat, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.



Bu gün 22 partlayış yeri yoxlanılıb
Bu gün 22 partlayış yeri yoxlanılıb


Xəbəri paylaş

6958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___