Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda tanınmış məşqçi oteldə bıçaqlandı – FOTO + YENİLƏNİB
Tarix: 22-04-2015 | Saat: 11:34
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıda tanınmış məşqçi oteldə bıçaqlandı – FOTO + YENİLƏNİB
1 ölü, 1 yaralı.

Bakıda qətl hadisəsi baş verib.

Xeberaz.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün Tbilisi prospekti 32 ünvanında yerləşən “Avropa” otelində qeydə alınıb.

Otelin nəzdində yerləşən idman zalında naməlum şəxs münaqişə zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Bakı sakini Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A.Məmmədov aldığı bıçaq xəsarətindən hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev olduğu müəyyən edilib.

Hazırda polis hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

09.41

Ötən gün axşam saat 21.00 radələrində Bakıda qətl törədilib.

Xeberaz.az xəbər verir ki, APA TV-nin məlumatına görə, hadisə Nəsimi rayonunda yerləşən “Avropa” otelində qeydə alınıb.

Məlumata görə, biri Azərbaycan MMA (qarışıq döyüş növləri) üzrə komandanın məşqçisi, tanınmış idmançı Ruslan Əfəndiyev olmaqla, 2 nəfər bıçaqlanıb.

İlkin məlumata görə, otelin idman zalında qarışıq döyüş növləri üzrə Azərbaycan yığmasının məşqçisi Ruslan Əfəndiyev və banklardan birinin şöbə müdiri Azər adlı şəxs məşq edirmiş. Bu zaman onlar və hələlik kimliyi məlum olmayan şəxs arasında mübahisə yaranıb.

Mübahisə zamanı həmin şəxs bıçaqla Azərə ürək nahiyəsindən, Ruslan Əfəndiyevə isə, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib.

Məlumata görə, Azər adlı şəxs aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Ruslan Əfəndiyev isə, özəl klinikalardan birinə çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisə yerindən qaçan naməlum şəxsin tutulması istiqamətində Nəsimi Rayon Polis İdarəsi və 20-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Faktla əlaqədar Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıb.










Xəbəri paylaş

8618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___