Almaniya Qarabağla daha çox məşğul olacaq
Tarix: 30-04-2016 | Saat: 18:42
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Aprelin əvvəlindən etibarən Dağlıq Qarabağ bölgəsində Ermənistan qoşunlarının bütün təmas xətti boyunca Azərbaycanın mövqelərinə və mülki əhalinin məskunlaşdığı kənd və qəsəbələrə ağır silahlardan atəş açması dünya ictimaiyyəti tərəfindən pislənilir. Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərinə qarşı hərbi həmlələr etməsi ilə əlaqədar olaraq, Almaniya Bundestaqının CDU/CSU koalisiyasından olan deputatı Helmut Novak Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavab olaraq açıqlama verib.
TEAS-dan Trend-ə verilən məlumata görə, H.Novak açıqlamasında bildirib:
"ATƏT-in hazırkı sədri olan Almaniya Federativ Respublikası "dondurulmuş münaqişələr"in həlli ilə daha çox məşğul olacağını bəyan edib. Bu kontekstdə birtərəfli təcavüz bir çox aspektlərdə problemli görünür. Bu, birtərəfli qaydada atəşkəs rejiminin pozulması anlamına gəlir. Almaniya qüvvədə olan beynəlxalq hüququn hər hansı formada pozulmasını qınayır".
O, qeyd edib ki, hazırkı hərbi təxribatlar, təəssüf ki, Almaniyanın regionda sülhü dəstəkləmək və Azərbaycanın ərazi bütovlüyünü qorumaq cəhdlərinə mane olur: "Bu halda mülki əhaliyə qarşı hərbi həmlələrin baş verməsi qəbuledilməzdir".
Xəbəri paylaş
6308 dəfə oxunub.
Digər xəbərlər

10-06-2016, 14:48
İrandan Türkiyə xəbərdarlığı
10-03-2022, 14:12
Bakıda arvadını boğan şəxs: "Xəyanətə görə öldürdüm"
8-06-2016, 19:41
Ukraynanın MOK prezidenti İlham Əliyevi təbrik etdi
20-08-2017, 11:46
Zəyərək (kətan) toxumu - qəbizliyə TƏBİİ ÇARƏ
16-02-2021, 01:36
Moskvada 16-cı mərtəbədən yıxılan qadın sağ qalıb - VİDEO
28-12-2023, 11:17
Güclü küləklə bağlı daha bir Xəbərdarlıq
24-04-2016, 21:05
İranda ermənilərin aksiyasına icazə verilmədi
14-03-2015, 12:33
Əhalinin banklarda 7 milyarddan çox əmanəti var
22-01-2021, 18:59
İnfeksionistdən COVID-19 xəstələrinə elektron qolbaqların tətbiqi ilə bağlı AÇIQLAMA