Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Manakov: “Azərbaycan komandosları yaxşı hazırlanıb”
Tarix: 30-04-2016 | Saat: 14:17
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Manakov: “Azərbaycan komandosları yaxşı hazırlanıb”

Azərbaycanın xüsusi təyinatlı dəstələrində və hərbi kəşfiyyatında yaxşı hazırlanmış kadrlar var. Qarabağda son döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin müvəffəqiyyət qazanmasında həmin bölmələrin böyük payı var.

Bu sözləri Azərtac-a müsahibəsində istefada olan polkovnik Sergey Manakov söyləyib.

“Azərbaycan aprelin əvvəlində gedən döyüşlərdə bir daha bütün dünyaya sübut etdi ki, bu torpaqlar “DQR” adlı hansısa müəmmalı qurumun deyil, Azərbaycanın tərkibində olmalıdır”.

S.Manakov Naxçıvanda xidmət edib. Sovet İttifaqı dağılandan sonra Bakıya gəlib. Qarabağ müharibəsində əfsanəvi 701-ci motoatıcı briqadanın tərkibində Kəlbəcər uğrunda döyüşlərdə iştirak edib. Kəşfiyyat üzrə mütəxəssis kimi, Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin və Azərbaycanın xüsusi təyinatlı hissələrinin təşkilində iştirak edib.

S.Manakov vurğulayıb: “Ailə vəziyyətim imkan versəydi, yəqin ki, Azərbaycanda qalardım”.


Xəbəri paylaş

6908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___