Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Cəbhə xəttindəki gərginlik Formula 1-ə təsir etməyəcək" - Video
Tarix: 30-04-2016 | Saat: 13:27
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

"Cəbhə xəttindəki gərginlik Formula 1-ə təsir etməyəcək" - Video

Formula 1 prezidenti Berni Ekklstoun Ermənistanla Azərbaycan arasındakı gərginliyin Bakıda keçiriləcək Avropa Qran Prisinə təsir etməyəcəyini deyib.

Formula 1 prezidenti iki ölkənin arasındakı münaqişəyə qarışmadığını da bildirib. Milyarder Soçidə keçiriləcək Formula 1 yarışlarından əvvəl Tass-a qısa müddətli müsahibə verərək bu barədə danışıb.

"Ermənistanla Azərbaycan arasındakı gərginlik Bakıda keçiriləcək Avropa Qran Prisinə təsir etməyəcək. Mən buna əminəm. "Formula 1 heç kimlə müharibə aparmır. Oxşar hal Bəhreynlə bağlı da olmuşdu”.

Milyarder Putinin dünya liderləri arasında mövqeyi, ABŞ-da keçirilən prezident seçkiləri və FİFA-nın prezidenti Yozef Blatterin qovulması haqqında da danışıb. Formula 1 prezidenti Putini İngiltərənin sabiq prezidendi Uinston Çörçill ilə müqayisə edib. Onun sözlərinə görə, Putin dünya tarixində ən yaxşı siyəsətçilərdən biridir. O, ABŞ-da keçirilən prezident seçkilərinə də münasibət bildirib: "Mən istəyərdim ki, Donald Tramp qalib gəlsin. Əgər Hillari Klinton qalib gəlsə? Mən ona çox inanmıram". Daha sonra B.Ekklstoun FİFA-nın sabiq prezidenti Yozef Blatter barədə də danışıb. O, Blatterin heç bir günahı olmadığını deyib.

Berni Ekklstoun 1974-cü ildən şirkətin prezidentidir. 2015-ci ildə 85 yaşı tamam olan bu britaniyalı Formula 1-i milyardlarla dollar qazanc əldə edən uğurlu kommersiya layihəsinə çevirib. Yarış ötən il 2 milyard dollar gəlir əldə edib. Bir nəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatı olan Formula 1 1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir. Rəsmi qəbul edilməsə də bir çox hallarda Formula 1 sürücüləri pilot, avtomobillər isə bolid adlandırılırlar. 2016-cı il Formula 1 Avropa Qran-Prisinin 17-18-19 iyunda Bakıda keçirilməsi nəzərdə tutulub/anspress.com/.


Xəbəri paylaş

6708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___