Azərbaycan əsilli müğənni erməni ilə konsert verəcək
Tarix: 21-04-2015 | Saat: 21:56
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Azərbaycan əsilli məşhur İran müğənnisi Ramin Fərhəngniya erməni pianoçu Armen Aharoniyanla birlikdə aprelin 25-də Türkiyədə “Zorlu Senter” Mərkəzində konsert verəcək.
Xeberaz.az xəbər verir ki, Türkiyə musiqiləri ilə yanaşı qonşu ölkələrin mahnılarının da yer alacağı konsertdə cütlük səkkiz dildə mahnı səsləndiriləcək.
Qeyd edək ki, Ramin Fərhəngniya 1973-cü ildə İranın Ərdəbil şəhərində doğulub. Sənətçi ölkəsində qadağan olunmasına baxmayaraq, həmişə sevgi mahnıları oxuyub. Musiqi təhsilini Bakıda Konservatoriyada alan Ramin professor Rafiq Omrani və Ziya Bağırov kimi məşhur müəllimlərdən dərs alıb. O, Bakının Rəşid Behbudov adına Mahnı Teatrı , Rus Dram Teatrı və Tacikistan Baş Konsulluğunun Anfiteatrında səhnəyə çıxıb.
Türkiyənin də bir neçə şəhərində konsert verən ifaçı klassik Azərbaycan əsərləri ilə yanaşı, fars, türk, erməni, kürd, rus, gürcü, yunan və başqa dillərdə mahnılar ifa edir. Sənətçinin “Azərbaycan eşq mahnılar” və “Orta şərq mahnıları” adlı albomları çıxıb.
Los-Ancelesdə yaşayan pianoçu Armen Aharoniyan Rəşid Behbudov, Aram Haçaturyan, Ququş, Fərid Fərcad, Şarl Aznaur, Bijan Mürtəzavi, Vigen, Daruş, Pari zangene, Omid və başqa bir çox tanınmış sənətçi ilə işləyib. Məşhur musiqiçi həm də Los-Anceles Simfonik Orkestrına rəhbərlik edib və “Ermanian Pops Orchestra”da drijor işləyib.
Sonuncu dəfə Türkiyədə Fərid Fərcadla bir səhnəni bölüşən Armen iranlı müğənni Ramid Fərhəngniya ilə yeni layihə hazırlayıb. Belə ki, “Sərhəd-siz” adlandırdıqları konsert proqramında Armen Ahorniyan iranlı müğənnini piyanosu ilə (AzVision.az)
Xəbəri paylaş
7048 dəfə oxunub.
Digər xəbərlər

10-05-2021, 00:11
Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 98 il ötür
26-03-2016, 20:29
Lənkəranski Bakinskidən oğru adını aldı – VİDEO
1-09-2020, 16:15
Bakıda DƏHŞƏT: kürəkən qayınatasının həyatına son qoydu
18-06-2019, 14:09
Azərbaycada 26 yaşlı oğlan 48 yaşlı qadınla qaçdı
26-12-2016, 17:36
"Sihirli annem"in Tuğçesi ərə getdi - FOTO
7-12-2016, 16:27
Deputatdan unikal təklif: Sosial yardım dayandırılsın və...
26-05-2021, 14:05
Mayın 28-i ictimai nəqliyyat işləməyəcək? - RƏSMİ AÇIQLAMA
29-08-2017, 11:21
Azərbaycanda polis gücləndirilmiş iş rejiminə keçir