Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Bakılift”dən hərbçilərə təhlükə - Şikayət
Tarix: 29-04-2016 | Saat: 14:39
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

“Bakılift”dən hərbçilərə təhlükə - Şikayət
Bakının akademik Həsən Əliyev küçəsi, bina 1d-dən şikayət var. Bu binada əsasən hərbçilər yaşayır

Sakinlərin Tia.az-a dediyinə görə, binadakı lift 35 ildən artıqdır quraşdırılıb.

Ancaq bu vaxta qədər kimsə və ya hansısa bir idarə və müəssisə liftin təmiri ilə maraqlanmayıb. Lift işləyəndə adama elə gəlir ki, binanın işərisində traktor hərəkət edir.

Hər dəfə lift xarab olanda sakinlər bir-birinin qapısını döyür, necə deyərlər, “sobrazim” edib lifti təmir etdirirlər. 2-ci blokun sakinlərinə sonuncu dəfə xəbərdarlıq olunub ki, özünüzü, uşaqlarınızı qoruyun. Artıq liftin trosu sıradan çıxıb.

Burada kimsə həyatını itirə bilər. Qorxuya düşmüş sakinlər Bakı Lift-Təmir İstehsal Birliyinə müraciət ediblər. Oradan bildiriblər ki, bu barədə bizim Nəsimi rayon şöbəsinə müraciət edin. Nəsimi rayon şöbəsindən də bildiriblər ki, bizim siyahımızda belə bir ünvan yoxdur.

Yəni, biz sizin binadakı liftin təmiri ilə məşğul olmuruq. Sizin bina Müdafiə Nazirliyinin balansındadı. Gedin yaşadığınız ərazinin MKİS-nə, yəni JEK-ə müraciət edin.

İndi binanın sakinlərini fikir götürüb: Görəsən onların yaşadıqları binanın liftini hansı təşkilat təmir etməli və ya dəyişməlidir? Yəni, doğurdanmı Müdafiə Nazirliyinin balansındakı yaşayış binalarının liftinə sahib çıxan yoxdur? Millət hərbçilərə qan verir, ancaq Bakı Lift-Təmir İstehsal Birliyi onların yaşadıqları binanın liftini təmir etmir.

Qeyd edək ki, Bakı şəhərində köhnə liftlərin dəyişdirilməsi və əsaslı təmiri üçün Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb və bundan ötrü Prezidentin Ehtiyat Fondundan vəsait də ayırıb.

Sərəncamda deyilir: “Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Prezidentin Ehtiyat Fondundan ilkin olaraq, 7 milyon manat vəsait ayrılsın”.

2013-cü ilin dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan da 12 milyon manatın ayrılmışdı.


Xəbəri paylaş

6508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___