Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlıların Moskvada göyərti müharibəsi - Video
Tarix: 28-04-2016 | Saat: 13:41
Bölmə:Karusel / Dünya / M2 / Xəbəraz TV | çapa göndər

Azərbaycanlıların Moskvada göyərti müharibəsi - Video

Azərbaycanlı biznesmen Canpolad Şamiloğlunun ölümünə “qanuni oğru”lar arasında göyərti bazarına nəzarəti ələ keçirmək üçün gedən “müharibə” səbəb olub.

Virtualaz.org bildirir ki, bu barədə “Rosbalt” yazıb.

“Paytaxtın piştaxtalarında satılan hər dəstə şüyüd, kişniş, vəzəri, cəfəri və s. göyərtilərin demək olar ki, hər dəstəsi Canpoladın əlindən keçirdi”, - hüquq-mühafizə orqanlarındakı mənbə “Rosbalt”-a bildirib.

O, faktiki olaraq “Göyərti kralı” hesab olunurdu və onların topdansatının bütün mərhələlərinə nəzarət edirdi.

Agentliyə məlumat verən mənbə bildirib ki, C.Şamiloğlu son vaxtlar “qanuni oğru” Vaqif Süleymanovla yaxınlıq edib. Məlumata görə, həmin Vaqif Süleymanov hazırda məhz göyərti biznesi uğrunda digər “qanunu oğru” Rövşən Lənkəranskinin adamları ilə sözün həqiqi mənasında, müharibə aparır.

C.Şamiloğlu məhz bu müharibənin qurbanı olub.

Virtualaz.org xatırladır ki, 46 yaşlı azərbaycanlı biznesmen Canpolad Şamiloğlu martın 17-nə keçən gecə öldürülüb.

Hadisə Moskvanın qərbində baş verib. Cinayətkarlar ona yeraltı avtodayanacaqdan çıxıb evinə gedərkən hücum ediblər. Biznesmen dörd güllə ilə vurulub. Onun cəsədi səhər saatlarında həyat yoldaşı tərəfindən aşkarlanıb.

Qonşuları bildiriblər ki, saat 03 radələrində səs-küy və atəş səslərini eşidiblər, amma heç kim küçəyə çıxmayıb.


Xəbəri paylaş

7908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___