Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağır qəzada iki nəfər öldü, yaralı var
Tarix: 28-04-2016 | Saat: 09:51
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Ağır qəzada iki nəfər öldü, yaralı var

Kanal S (Region TV) xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 120-ci kilometrliyində, Oğuzun Bucaq kəndi ərazisində ağır yol qəzası baş verib

Hadisə nəticəsində 90 NC 945 dövlət nömrə nişanlı "VAZ-21015" markalı avtomobilin sürücüsü, 1974-cü il təvəllüdlü, Oğuzun Malıx kənd sakini Abbasov Rövşən Kamal oğlu idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin, 1964-cü il təvəllüdlü Kərimov Məhyəddin Nəriman oğlu hadisə yerindəcə keçiniblər. Avtomobildə olan digər sərnişin, 1988-ci il təvəllüdlü Allahverdiyev Elşən Əhliyad oğlu ağır yaralanıb. Deformasiyaya uğramış avtomobildən meyitləri və yaralını çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediliblər.

Onlar əzilmiş avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım əməkdaşlarına təhvil verilib. Meyitlər müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinin Meyitlərin Təsrihi bölməsinə gətirilib. Yaralı isə əvvəlcə Oğuz Mərkəzi Rayon Xəstəxanasına, daha sonra isə Şəki Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Qəzaya ilkin səbəb kimi idarəetmənin itirilməsi göstərilir. Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş

5748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___