Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Qlobal Bakı Forumunun iştirakçılarına konsert - Foto
Tarix: 27-04-2016 | Saat: 23:34
Bölmə:K, Elan Ver, Ekskluziv | çapa göndər

Qlobal Bakı Forumunun iştirakçılarına konsert - Foto

Aprelin 27-də Heydər Əliyev Sarayında “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun iştirakçıları üçün qala-konsert təşkil olunub.

Axar.az xəbər verir ki, “Sivilizasiyaların musiqili alyansı” adlı qala-konsertdə Azərbaycan və xarici incəsənət ustaları çıxış ediblər.

Konserti Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və dirijor Xalq Artisti Gülbacı İmanova) və Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri Cüzeppe Verdinin “Nabukko” operasından xorun ifası ilə açıb.

Sonra orkestr Dmitri Şostakoviçin 7-ci simfoniyasından fraqment ifa edib.

İrakli Kaxidzenin ifasında Qaetano Donitsettinin “Məhəbbət içkisi” operasından romans səslənib. Rumın vokalçısı İrina İonesku Motsartın “Sehrli fleyta” operasından ariya ifa edib.

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri “Nəlbəki” milli rəqsini ifa ediblər.

Qlobal Bakı Forumunun iştirakçılarına konsert - Foto
Qlobal Bakı Forumunun iştirakçılarına konsert - Foto
Qlobal Bakı Forumunun iştirakçılarına konsert - Foto

Konsertdə, həmçinin Üzeyir Hacıbəylinin, Soltan Hacıbəylinin, Niyazinin, Qara Qarayevin, A.Borodinin, J.Bizenin və L.Bethovenin əsərləri ifa olunub.

Qala-konsertdə Türkiyənin “Mehtər” orkestri, ukraynalı vokalçı Vyaçeslav Bazir, aşıqlar qrupu çıxış edib.

Konsertin art-direktoru Xalq Artisti, professor Firəngiz Əlizadə olub.



2058 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___