Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Araz Hümbətli Fransanı heyran etdi - Video
Tarix: 27-04-2016 | Saat: 23:25
Bölmə:K, Elan Ver, Maraqlı | çapa göndər

Araz Hümbətli Fransanı heyran etdi - Video

Bakıda dünyaya gələn Araz 2014-cü ildə Tuluza şəhərinə köçüb.

Fransanın TF1 telekanalında yayımlanan “The Voice 5” müsabiqəsinin iştirakçısı olmuş azərbaycanlı müğənni Araz Hümbətli ötən gün Fransada, Mulhouse şəhərində konsert proqramı ilə çıxış edib.

"Xəbəraz.az " xəbər verir ki, o, səhnədə Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i səsləndirib.

Qeyd edək ki, Bakıda dünyaya gələn Araz 2014-cü ildə Tuluza şəhərinə köçüb.

O, 2013-cü ildə “Mənim şizofreniyam” adlı psixodelik musiqi əsərini yazıb.

2014-cü ildə isə Camille Chaumereuil-in “Nous saluerons la lune” (“Biz Ayı salamlayırıq”) filminin orijinal musiqisini bəstələyib.

Araz elə həmin ildə Tuluza şəhərində özünün The Preachers adlı blues-rok musiqi qrupunu yaradıb.

2015-ci ildə Lyon şəhərində sınaq olaraq Nuances musiqi qrupunu təşkil edib. Həmin il “Araz d’ArazÔzarA” ləqəbi ilə özünün “Nightmare Through The Pill of Happiness” adlı birinci albomu üzərində işləməyə başlayıb.

Onun “d’ArazÔzarA” ləqəbi Araz və Zara adlarının, yəni xarakterin iki tərəfinin, kişi və qadının, səma və torpağın birləşməsidir.

2016-cı ildə isə o, özünü “The Voice 5” musiqi yarışmasında sınayıb.

“Wicked game” mahnısını tar ilə ifa edən azərbaycanlı öz səsi və bacarığı ilə auditoriyanı və münsiflər heyətini heyran qoyub.



2708 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___