Nəhəng neft şirkətləri itkilərini hesablayır
Tarix: 27-04-2016 | Saat: 22:41
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Neftin qiymətinin 53 dollara çatması 50-ə yaxın nəhəng neft şirkətinin çəkdiyi zərərin qarşısını ala bilər
Bu barədə “Wood Mackenzie” neft şirkətinin hesabatında deyilir.
“Neftin qiymətinin 50 dollardan yuxarı qalxması həm neft şirkətlərinə hasilatı artırmaq üçün stimul verəcək, həm də ixracatın artmasını təmin edəcək” - deyə BP, “Pioneer” “Natural Resources” neft şirkətləri və neft-servis şirkəti “Nabors Industries”un birgə bəyanatında deyilir.
BP-nin maliyyə direktoru Brayn Gilvarın sözlərinə görə, onun şirkəti üçün 2017-ci ildə neftin məqbul qiyməti 50-55 dollardır. “Continental Resources” şirkətinin direktoru Cek Sterk isə düşünür ki, barreli 37 dollara olan neftin qiymətinin 5 dollar bahalaşması onun şirkətinin qazancının 200 milyon artması deməkdir.
Nəhəng neft şirkətləri sırasında olan “Nabors” neftin qiymətinin 50 dollar olacağı təqdirdə qazma işlərinin həcmini artırmağı planlaşdırır.
"Britain IG" ticarət şirkətinin analitiklərinin bəyanatına görə, neftin qiymətinin ən azı 45 dollar yaxınlaşması ilə ABŞ da şist neft istehsalı yenidən rentabelli sahəyə çevriləcək ki, bu da öz növbəsində xammala olan təklifləri artıracaq.
Lakin hələki neft şirkətləri ("Exxon", "Royal Dutch Shell") 2016-cı ilin birinci rübün yekunları üzrə qazancların ən əhəmiyyətli dərəcədə azalması barədə hesabat verməyə hazırlaşır.
BP 26 apreldə hesabat verərək 600 milyon dollar zərər etdiyi barədə açıqlama verib. 27 apreldə WTI markalı neftin bir barreli 44.88 dolar civarında, Brent markalı neftin qiyməti isə 46.75 dolar olub.(ans press)
Xəbəri paylaş
5578 dəfə oxunub.
Digər xəbərlər

10-02-2019, 19:45
Qonşu ölkə İranda zəlzələ - yaralılar var
27-10-2021, 09:04
Noyabrın 1-dən bu telefonlarda "WhatsApp" işləməyəcək - SİYAHI
28-08-2016, 16:26
Lənkəranskinin qətli: killerlər Antalyadan gedib
3-12-2022, 13:09
Yeniyetmə kolbasaya siçan dərmanı qataraq intihara cəhd etdi
2-11-2016, 10:17
UEFA “Qarabağ” və “Qəbələ”nin qazancını açıqladı
7-10-2016, 14:37
Metrodakı gizli şəxsi polis axtarır
7-12-2021, 11:45
15 yaşında ailə quran azərbaycanlı müğənni: "Günah atamdadır!"
7-10-2019, 18:12
Beyləqandakı "Georgius"un qəbri necə "Zəncir piri" oldu? - VİDEO
17-09-2018, 13:45
62 yaşlı qadını banana iynə salarkən yaxaladılar
15-06-2015, 01:31
Erməni məşqçi Bakıda dava saldı (FOTO)