Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dəhşət: Çernobıl Bakıda - Foto
Tarix: 27-04-2016 | Saat: 20:46
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Dəhşət: Çernobıl Bakıda - Foto

Hərdən filimlərdə olur, oynadığı hansısa oyunun içinə düşür qəhrəman və o oyunda mübarizə aparır. Artıq oyunun pultu öz əlində yox, öz içində olur.

Oynadığın qəhrəmanı yox, özün-özünü düşdüyün çətin məqamlarından çıxartmalı olursan. Eyni halı yaşadım. Hər şəkildən vahimənin küləyi vururdu adamı və gülməsəniz, deyərdim ki, burnuma oranın qoxusu da gəlirdi hərdən. Deyəsən yavaş-yavaş Çernobıla düşürdüm.

Yerdə can verən sarımtıl yarpaqların üstündə bir ayağını itirmiş, bir gözü yumulu, o biri gözüylə 30 ildi eyni nöqtəyə baxan gəlincik şəkilinin tam qarşısında dayanmışam. Və nə baş verdisə, onda baş verdi. Sanki qəribə bir külək dəydi üzümə, həmin gəlinciyin açıq qalmış gözündən bir pəncərə açıldı və mən o pəncərədən daxil oldum içəri.

Ətraf-aləm sakitlik, sükutun səsi qulaq batırır. Sanki sükutun səsində çığırışma var. Dil açıb yalvarır: "Məni də alıb aparın burdan". Adətən, qorxu filmlərində belə olur: əvvəl sakitlik, sonra hardansa vəhşi bir heyvan və ya hansısa qorxunc bir varlıq üstünə hücum edir.

İrəli doğru addımlayıram, küçələr ulaşır. Ağaclar ruhsuz insanlara oxşayır. Bir az irəlidəki bina, deyəsən, uşaq bağçasıdır. Qorxa-qorxa addımımı atıram. Öz ayaq səslərim də burda daha fərqlidir. Bura o qədər sakitlikdir ki, divarlar, daşlar, ağaclar da səsə, hənirtiyə həsrətdilər. Burda hər çarpayının öz xatirəsi var. "Toxun mənə, danışım", - deyir hər biri, amma sən toxunmağa cəsarət etmirsən. Yerə tökülmüş kitblar, işıqlı gələcək vəd edən günəşli rəsmlər belə burdakıları xilas edə bilməyib...

Doğum evinin qarşısından keçirəm. Bina sanki gözümə hönkürür. Doğuş masası... peşmanlığından pas atıb. Sanki qırılan bütün körpələrə görə özünü günahkar hiss edir.

Küçələr ac canavar kimi ağız-ağıza verib ulayır insansızlığa. Bütün bunlardan hava özünü günahkar hiss edir, amma nə etsə də, dəyişə bilmir. Çünki ondan asılı olmayan səbəblər var. Burda yer də, göy də, binalar da, təbiət də havanı qınayır. Havanın isə nə çıxıb gedəcək yeri var, nə də dəyişə biləcək gücü...

Evlərin qırağında yarı yıxılmış, yarı da güclə ayaqda qalan, yorğunluqdan bir-birinə söykənən mamır basmış taxta hasarlar var. Deyəsən, ağaclar kimsəsizlikdən bu taxta hasararla o qədər ünsiyyət qurub, söhbət ediblər ki, axırda həmrəng belə olublar.

Qarşıdakı parkda bir atraksiyona gözüm dəyir. Var gücümlə ona sarı addımlayıram. Bəlkə nəsə olar burda, deyə. Burda da donmuş uşaq təbəssümləri, donmuş uşaq gülüşlərinə baxıb ağlayırdı bu atraksiyon. Artıq qorxurdum. Hava da soyuyur, qorxunc filimlərdəki zəhərli sarmaşıqlar kimi nəmli hava qollarıma yapışır. Yiyəsiz boş küçədə harasa çata bilmək üçün yeyin-yeyin addımlayıram və var gücümlə qışqırmaq istəyirəm: "Məni burdan xilas edin!!!"

Ürək döyüntülərim daha da şiddətlənir, boğulduğumu hiss edirəm, eyni zamanda da dayanmadan addımlayıram və bu an arxamdan bir səsə gəlir:

-Bəyəndin?- arxaya çevrilirəm. Orxan Əzimdi. Şükür sənə, tanrım! Mən bayaqdan Çernobılda yox, Bakıda, Rəssamlar İttifaqında Orxan Əzimin Çernobılın 30 illiyinə həsr olunmuş foto-sərgidəymişəm. Bilmədim sevinim, ya...

-Məni xilas elədin, - dedim Orxan bəyə. Bəlkə də heç demədim. Bilmirəm...
Dəhşət: Çernobıl Bakıda - Foto
Ana səhifə 12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbəri paylaş

7058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___