Bakı-Qazax yolunda qəza: Sərnişin öldü
Tarix: 27-04-2016 | Saat: 20:16
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) ANS-ə verilən məlumata görə, hadisə yolun 23-cü kilometrliyində, Qaradağ rayonu ərazisində qeydə alınıb. Şirvan şəhər sakini Asəf Əzizov idarə etdiyi “QAZ-24” markalı avtomobillə yolun kənarında dayanan Hacıqabul rayon sakini Rais Nəzərova məxsus “VAZ-21154” markalı avtomobilə çırpılıb. Daha sonra dayana bilməyən avtomobil maşından düşən sərnişin - 1987-ci il təvəllüdlü Mahir Quliyevi də vurub.
Ağır bədən xəsarətləri alan kişi dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanaya yerləşdirilmiş M.Quliyev orada dünyasını dəyişib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Sonuncu yol qəza hadisəsi ötən gün saat 18 radələrində Sumqayıt şəhərində qeydə alınıb. Şəhər sakini Aynurə Abdullayeva idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən həmyerlisi Yusif Əliyevi vurub. Ağır bədən xəsarətləri alan Y.Əliyev hadisə yerində keçinib, A.Abdullayeva isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Xəbəri paylaş
6458 dəfə oxunub.
Digər xəbərlər

20-10-2016, 15:04
Şagirdi döyən müəllim və məktəb direktoru işdən qovuldu
24-05-2016, 14:29
Bu günlərdə cəbhə bölgəsində səfərdə oldum..
6-04-2016, 15:43
Mingəçevirdə əsgərlərimizə dəstək aksiyası keçirildi — VİDEO
1-07-2015, 13:36
Qarabağda “ildırım sürətli” müharibə hazırlığı başlayır?
24-10-2023, 14:39
Hava kəskin pisləşəcək - Qar, yağış, külək...
27-03-2021, 03:09
Ukraynalı hərbçilər öldürüldü: Qərargah rəisi təcili...
27-05-2020, 17:05
“Özümə qadağalar qoyuram” - Aygün Kazımova
8-07-2015, 18:27
45"İŞİD" döyüşçüsünün son iftarı