Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zakir Həsənov əsgərlərə göstəriş verdi - Foto
Tarix: 27-04-2016 | Saat: 16:53
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər

Zakir Həsənov əsgərlərə göstəriş verdi - Foto

Cəbhəboyu zonada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə keçirilən görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdırıb.

Müdafiə Nazirliyindən "Xəbəraz.az "-a verilən məlumata görə, rəhbərlik cəbhədə müdafiə xəttinin dayanıqlığını, qoşunların atəş imkanlarını, ərazidə mühəndis-istehkam qurğularının vəziyyətini, mövqelərdəki şəxsi heyətin maddi-texniki təminatının təşkilini, mənəvi-psixoloji durumunu, döyüş texnikası, silah-sursat və digər vasitələrin tam hazırlığını yoxlayıb.

Kəşfiyyat bölmələrinin təlim nöqtəsində, artilleriya bölmələrinin atışın idarə edilməsi məntəqəsində olan general-polkovnik Z.Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması ilə əlaqədar müvafiq göstərişlər verib.

Zakir Həsənov əsgərlərə göstəriş verdi - Foto
Zakir Həsənov əsgərlərə göstəriş verdi - Foto
Zakir Həsənov əsgərlərə göstəriş verdi - Foto
Zakir Həsənov əsgərlərə göstəriş verdi - Foto


Xəbəri paylaş

6458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___