Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İdmanla məşğul olanlar bu qidaları yeməlidir
Tarix: 27-04-2016 | Saat: 13:36
Bölmə:Karusel / İdman / M2 | çapa göndər


İdmanla məşğul olanlar bu qidaları yeməlidir
"Xəbəraz.az "Qışda yığılan artıq çəkidən xilas olmaq istəyənlər xüsusilə bu dövrlərdə idmana üstünlük verirlər. Təbii ki, idmanla məşğul olanlar qidalanma rejimlərində xüsusi qidalara üstünlük verməlidir. Aile.lent.az həmin vacib 10 qidalardan bəhs edəcək.

Qoz: Qoz zülal və sağlam yağların təbii birləşməsidir. Həzmi asanlaşdırır, karbohidratlarla birləşərək, qan şəkərini tarazlamağa kömək edir və həmçinin karbohidratın daha uzun müddət istifadə edilməsində təsiri var. Çəki idarəsinə kömək edən bədəndəki maddələri azot oksidə çevirir. Azot oksid də bütün əzələlərə gedən qan damarlarını genişləndirərək qan axımını artırır. Bu səbəbdən də qoz idman edənlərin sağlamlığını qorumaq üçün vacib qidadır. Qoz ən yüksək Omega 3 və polifenol (çox güclü antioksidan) məzmunu baxımından çəkiyə nəzarəti təmin edir, ürək xəstəlikləri və xərçəngdən qoruyur. Daim qoz yemək iltihablanmanın qarşısını almağa kömək edir.


Bənövşəyi rəngli qidalar: Böyürtkən, badımcan, qırmızı çuğundur kimi bənövşəyi rəngli qidalar yorucu fiziki fəaliyyət əsnasında ortaya çıxan sərbəst radikallardan qorunmağı təmin edir.


Qırmızı rəngli qidalar: Pomidor, qarpız, çiyələk, qreypfrut və nar kimi qırmızı rəngli qidalar güclü antioksidan ehtiva edir.


Kinoa: Taxıl qrupunda yer alan bu qida digər taxıllardan 2 qat çox zülal ehtiva etməsi ilə üstündür. Yağsız əzələ yığmaq və dayanıqlılıq məşqləri üçün bədənə lazımlı olan 9 təməl aminoasidin daxildir. Yaxşı bir lif və karbohidrat mənbəyidir.


Makaron: İdman edən insanın qidalanmasında əhəmiyyətli bir komponent olan karbohidratlar yüksək lif ehtiva edən tam taxıllılar arasında yer alır.


Quru paxlalılar: Lobya, mərcimək, noxud, maş kimi növləri ilə quru paxlalılar uzun müddət tox qalmağı təmin edən əhəmiyyətli bir lif qaynağıdır.

İdmanla məşğul olanlar bu qidaları yeməlidir

Banan: Asan həzm olunan şəkər və təbii elektrolitlərin qaynağıdır. Kalium anbarı olaraq əzələ kramplarını və spazmların qarşısını alır, bədənin mayesini nizamlayır.


Yaşıl rəngli qidalar: Kahı, avokado, yaşıl üzüm və alça kimi yaşıl rəngli qidalar C vitamini və minerallar baxımından son dərəcə əhəmiyyətlidir.


Süd: Məşqdən sonra qəbul edilən içkilərin məqsədi tərləmə sonrası maye itkisini təmin etməkdir. Bu səbəbdən məşqdən sonra sadə karbohidratla birlikdə zülal alınmalıdır.


Sarı rəngli qidalar: Kök, şaftalı, ərik, balqabaq və xurma kimi sarı rəngli qidalar immunitet sistemini gücləndirmək üçün yüksək beta karoten tərkiblidir.


Xəbəri paylaş

8548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___