Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qarabağ mövzusunda bəstəçilik
Tarix: 27-04-2016 | Saat: 11:37
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Qarabağ mövzusunda bəstəçilik

Bütün şahmat bəstəçilərinin ən böyük arzularından biri şahmatda yenilik etməkdir.Hər hansı bir yeni mexanizim, yeni mövzu, yaddaqalan şahmat əsəri yaratmaq olduqca mürəkkəb və çətin bir işdir.Yeni mövzu tətbiq etmək getdikcə daha da çətinləşir və bu istəyi yerinə yetirmək hər kəsə nəsib olmur. 2004-cü ildə Hollandiyanın «PROBLEEMBLAD» juranalı üçün məsələ tərtibi zamanı diqqətimi maraqlı bir təkrarlanma cəlb etdi. Elə bu andan başlayarq ideyanı reallaşdırmağa başladım. Ancaq uzun müddət ərzində heçbir nəticə əldə edə bilmədim.2011-ci ildə FİDE dünya kubokunda qazandığım bürünc medal məni daha da həvəsləndirdi. Yenidə həmin sxem üzərində işlərimi davam etdirdim və nəhayyət 2012-ci ildə istəyimə nail oldum! Tərəflərin iknci gedişləri təkrarlanan zaman, üçüncü mat gedişləri anti-duallarala növbələşir. Bu yeni «Vəlixanov» mövzusu olaraq ABŞ-ın «STRATE GEMS» jurnalında dərc edildi! Gedişlərin sisematik növbələşməsi istqamətində apardığım axtarışlar, mənə daha bir yenilik etməyə yol açdı. 2013-cü il mənim üçün çox uğurlu oldu! Çoxsaylı beynalxalq qələbələrlə yanaşı, Respublikamızın şahmat bəstəçiliyi tarixində ilk dəfə olaraq Dünya kubokunu qazandım, və həmən il «Qarabağ» mövzusunu da tətbiq edə bildim! Qarabağ mövzusu yardımmat janrına aiddir. Bu janr 1851-ci ildə işıq üzü görmüş və bu gün çox geniş inkişaf etmişdir.»Qarabağ» mövzusu üzrə ilk beynalxalq turnir 2014-cü ildə İsveçrədə Ümumdünya şahmat bəstəçilərinin konqresi çərçivəsində reallaşdı və böyük marağa səbəb oldu!

QARABAĞ MÖVZUSU
Kənan Vəlixanov (İmişli)
Azərbaycan kuboku -2013-cü il.
1-ci yer



Qarabağ mövzusunda bəstəçilik


H#2 4 həll. Iki gedişə yardımmat.
1.Şd5 Ff3+(A) 2.Ae4 Td7#(B) 1.Fh7 Td7 (B) 2.Axf5 Ff3# (A) Bu iki həlldə h5 xanasında dayanmış fil və f7 xanasındakı top öz funksiyasını dəyişdi. 1.Fg5 Ff3+ (A) 2.Şf4 Fxd6# (C) 1.Fe3 Fxd6(C) 2.Fd4 Ff3#(A) Bu həllərdə isə iki ağ fil bir birilə funksiyasını dəyişdi. Beləliklə ağ fiqurlar gözəl rəqs nümyiş etdirdi. Bu rəqs əlbəttə qarabağımızın incəsənət ocağı olmasına nişanədir.


Xəbəri paylaş

7038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___