Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda xanım sürücünü soymaq istədilər
Tarix: 26-04-2016 | Saat: 23:13
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıda xanım sürücünü soymaq istədilər


Nəsimi rayonunda qadın sürücüyə qarşı soyğunçuluq cinayətini törədən şəxslər də polis əməkdaşları tərəfindən saxlanılıblar.

Musavat.com xəbər verir ki, aprelin 24-də Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Arzu Qafarovanı bıçaqla hədələyib pul verməsini tələb edib. Lakin səs-küy yarandığından həmin şəxslər istəklərinə nail ola bilməyərək, hadisə yerini tərk ediblər.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Ağsu rayon sakini Amal Allahverdiyev və Saatlı rayon sakini Asim Əliyev tutulub. Onların üzərlərinə baxış zamanı 1 ədəd bıçaq, 1 ədəd alışqan tapança, 2 cüt əlcək, 4 ədəd plastik xamut və 2 ədəd maska götürülüb.

Saxlanılan şəxslər qadına qarşı soyğunçuluq cəhdlərini istintaqa nəqlə ediblər.

Amal Allahverdiyev: “Asimlə belə planlaşdırdıq ki, sürücü xanımın maşınına oturub, ondan pul tələb edək. Hadisə Dəmir yolu xəstəxanasının park yerində baş verdi. Bir xanım gördük. O, maşına əyləşəndə mən qapını açdım. Xanım səs-küy saldı. Biz də getdik.

Asim Əliyev: “Sol tərəfdə dayanmışdı. Amal dedi ki, sən çöldə dayan, işimi rahat görə bilim. Pulu olsaydı, pulunu alacaqdıq. Olmasaydı, qaçıb getməliydik”.

Faktla bağlı cinayət işi başlanılıb.


Xəbəri paylaş

5758 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___