Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nüvə qaçaqmalçılığında İrəvan birincidi
Tarix: 26-04-2016 | Saat: 17:04
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

Nüvə qaçaqmalçılığında İrəvan birincidi
Nüvə materiallarını satmaq üçün son iki ildə Gürcüstana keçən və burada həbs olunan ermənilərin sayı artıb.

Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiyanı “Haffinqton Post” qəzeti yayıb. Qəzet son cəhdin iki həftə əvvəl törədildiyini bildirib:

“Ermənilərin böyük əksəriyyətinin həbsi Gürcüstanda baş tutub. Postsovet məkanında məhz onlar bu sahədə xüsusi aktivlikləri ilə seçilirlər. Keçmiş SSRİ-dəki nüvə materiallarının terrorçuların əlinə keçməməsi üçün ABŞ bir neçə il öncə Gürcüstana 50 milyon dollarlıq yardım ayırıb. Bu pulun bir qismi radioaktiv şüalanmanı müəyyən edən cihazların alınmasına xərclənib. Məhz onun sayəsində Ermənistandan gələn Qarik Dadayan tutulub (2003-cü il – red.). O 2,5 il azadlıqdan məhrum edilib. Hökmün yumşaq olması və Dadayanın ona təyin olunan müddətin bir neçə ayını yatıb həbsdən çıxması korrupsiya fikrini ortaya çıxarır. Dadayanın bu cəhdi təkrar etməsi və 2010-cu ildə bir daha iki ortağı ilə birgə tutulması təəccüblü deyil”.

Qeyd edək ki, aprelin 18-də Gürcüstan xüsusi xidmət orqanları 3 Ermənistan vətəndaşını nüvə materiallarını satmaq istəyərkən yaxalayıblar. Gürcüstan kəşfiyyatı həmin şəxslərin uranı 200 milyon dollara satmaq niyyətində olduğunu bildirib.





Xəbəri paylaş

5418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___